Baş Prokurorluq Yasamalda yerləşən çoxmərtəbəli binada 3 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı məlumat yayıb.
FED.az xəbər verir ki, məlumatda deyilir:
Yasamalda üç nəfərin öldüyü yanğınla bağlı - KLİNİKANIN DİREKTORU HƏBS EDİLDİ
"Media nümayəndələri və ictimaiyyətə müraciət edərək bildiririk ki, zərərçəkmiş şəxslərin hüquqları nəzərə alınmaqla, ibtidai istintaqın gedişinə dair qeyri-rəsmi mənbələrdən əldə olunan və dəqiqləşdirilməmiş həssas informasiyaların paylaşılması cəmiyyət arasında çaşqınlığa səbəb olur, eləcə də istintaqın obyektivliyinə zərər vurur".
Bildirilib ki, bütün rəsmi və təsdiqlənmiş məlumatlar qısa zamanda yalnız Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən təqdim olunacaq:
"Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, ibtidai istintaqla bağlı məlumat yayarkən qanunvericiliyin tələbləri rəhbər tutulmaqla, yalnız rəsmi mənbələrə istinad etsinlər, hüquqi əsası və təsdiqi olmayan informasiyaların yayılmasına yol verməsinlər.
İctimaiyyəti bir daha əmin edirik ki, cinayət işi üzrə istintaq tam, obyektiv və qanun çərçivəsində aparılır, nəticələr barədə əlavə məlumat veriləcək".
Xatırladaq ki, Yasamal rayonunun Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı həmin binanın zirzəmisində yerləşən klinikanın direktoru cinayət məsuliyyətinə cəlb edilib.










