Aprelin 20-də Bakının Binəqədi rayonunda yerləşən obyektdə güclü yanğın olub.
FED.az xəbər verir ki, yanğın rayin ərazisindəki marketin özünün və anbarının binasında qeydə alınıb.
Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınla bağlı olaraq hadisə yerinə polis əməkdaşları da cəlb edilib.
FHN-dən verilən məlumata görə, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində əvvəlcə yanğının yayılmasının qarşısı alınıb, daha sonra isə yanğın tam söndürülüb.
Yanğın nəticəsində marketə məxsus ümumi sahəsi 1600kv.m olan anbar 650kv.m sahədə yanıb.