Onlardan 311-i həlak olub, 763-ü isə yaralanıb. Hadisələrin 39,5 faizi gündüz, 38,7 faizi gecə, 21,8 faizi isə toran vaxtı baş vermiş, 30,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.
Yol-nəqliyyat hadisələrinin 91,2 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 12,1 faiz artaraq 250 nəfər, yaralananların sayı isə 6,5 faiz azalaraq 728 nəfər olmuşdur.
Göstəricinin adı | 2018-ci ilin yanvar-iyun aylarında, vahid | 2017-ci ilin yanvar-iyun aylarına nisbətən, faizlə |
Bütün yol-nəqliyyat hadisələri – cəmi | 806 | 95,0 |
Məkanına görə: | ||
magistral avtomobil yollarında | 71 | 75,5 |
yaşayış məntəqələrində | 735 | 97,5 |
İşıqlılıq vəziyyətinə görə: | ||
gündüz vaxtı | 318 | 83,0 |
toran vaxtı | 176 | 123,9 |
gecə vaxtı | 312 | 96,6 |
Yol örtüyünün vəziyyətinə görə | ||
quru yol örtüyü | 756 | 94,6 |
digər (yaş, buz və s.) | 50 | 102,0 |
Zərərçəkənlərin sayı, nəfər | 1074 | 93,6 |
həlak olanlar | 311 | 98,7 |
yaralananlar | 763 | 91,7 |
Bütün yol-nəqliyyat hadisələrinin 47,5 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 33,5 faizi (2,2 faiz az) bir neçə nəqliyyat vasitəsinin, 19,0 faizi (1,9 faiz az) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 79,7 faizini, yaralananların isə 75,0 faizini kişilər təşkil etmişdir.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 23 hadisə baş vermiş, nəticədə 12 nəfər ölmüş, 19 nəfər yaralanmışdır. Belə hadisələrin 69,6 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.
2018-ci ilin yanvar-iyun aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,1 faiz artaraq 1619,7 min olmuşdur. Xətaların 50,3 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çox), 13,9 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (52,6 faiz çox), 12,4 faizi dayanma və ya durma qaydalarının pozulması (15,5 faiz çox), 10,5 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (4,5 faiz çox), 3,6 faizi icbari sığorta müqaviləsinin bağlanmaması (56,5 faiz çox), 3,0 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (17,7 faiz az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanmışdır. Qaydaların pozulmasına görə 34,1 milyon manat məbləğində cərimələr tətbiq edilmişdir.