26 iyun 2019 15:41

Kəmaləddin Heydərovdan - YANĞIN AÇIQLAMASI

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (BŞİH) Eldar Əzizov Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evlərində yanğın baş verən əraziyə gedib. 

ELƏCƏ DƏ BAX: “Megafun”dakı partlayışla bağlı - AÇIQLAMA

FED.az xəbər veir ki, nazir jurnalistlərə açıqlamasında ilkin versiyaya görə yanğının quru otdan başladığını bildirib “Bir neçə evin dam örtüyünə zərər dəyib. Xəsarət alan, yaralanan yoxdur. Boş 6 hektarlıq ərazidir. Buranın çoxu özəl və baxılmayan ərazilərdir. Nə vaxtsa alınıb, amma heç bir təhlükəsizlik, suvarma tədbirləri görülməyib. Yay aylarında quru otdan yanğınlar olur və bunu böyük faciə kimi qəbul etməz lazım deyil”.

K.Heydərov əlavə edib ki, bu hadisənin səbəbləri araşdırılacaq: "Kameralarda yəqin ki var. Əgər təxribat deyilsə, adi yanğın hadisəsidir. İnsanlar diqqətli olmalıdır".

FED.az-ın məlumatına görə, yanğınla bağlı qərargah yaradılıb.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz