15 aprel 2019 12:22

Rusiyada sahibkarlarımız arasında atışma - Çürük kartofa görə

Rusiyanın Moskva vilayətində azərbaycanlı sahibkarlar güllələnib.

FED.az “Moskovskiy komsomoleç”ə istinadən xəbər verir ki, insident təxminən ötən həftə Lenin rayonunda çürük kartofa görə baş verib.

Belə ki,  32 yaşlı Rəsul və Aqil adlı azərbaycanlı iki sahibkar “Fud Siti” bazarında digər azərbaycanlı sahibkara 300 min rubl ödəyərək 15 ton kartof alıb. Lakin kisələr maşına yüklənib boşaldılan zaman kartofların dondurulduğu və temperaturun yüksəlməsi nəyticəsində çürüməyə başladığı ortaya çıxıb. 
Onlar bazara geri qayıdaraq həmin satıcını taparaq malı geri qaytarıb, pullarını tələb ediblər. Amma görüş yerində Rəqul və Aqili kişilərdən ibarət dəstə gözləyib. Kartofu satan sahibkar pulu qaytarmaq istəmədiyini deyəndə tərəflər arasında mübahisə başlayıb. Daha sonra atışma nəticəsində Rəsul qarnından, ortağı isə başından güllələnib.

Eləcə də bax: Azərbaycanda quşçuluq fermasında yanğın - MİNLƏRLƏ CÜCƏ TƏLƏF OLUB

Yaralanan şəxslər avtomobilə xəstəxanaya getmək qərarına gəliblər. Maşını idarə edən Aqil “Don” magistralında Rəsulun artıq nəfəs almadığını görüb. O, Lipetsk küçəsində avtomobili saxlayaraq  təcili tibbi yardım xidmətinə zəng edib. Lakin həkimlər gələnə qədər Rəsul qanaxmadan vəıfat edib.  Aqil isə xəstəxanaya yerləşdirilib.

Bir nəfəri öldürüb, digərini yaralayan şəxsin adının Taqil olduğu məlıum olub. O,  axtarışa verilib.

Faktla bağlı qəsdən adamöldürmə və qanunsuz silahdan istifadə etmə maddələri üzrə cinayət işi açılıb.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz