Ölkənin enerji sistemini real vaxtda avtomatik olaraq idarə etməyə imkan verən rəqəmsal SCADA (Supervisory Control and Data Acquisition) sisteminin yaradılmasına 58 milyon dollar xərclənib.
Qeyd edək ki, SCADA bütün ölkə boyu fəaliyyətdə olan elektrik stansiyaları arasında fiber-optik şəbəkənin və 3 dispetçer məntəqəsinin qurulması, qəzaların operativ ləğvi üçün imkanların yaradılması, şəbəkənin tam rəqəmsallaşdırılması, uzaqdan idarəetmə sisteminin qurulması, enerji obyektlərində baş verən bütün fiziki proseslərin uzaqdan avtomatik idarə edilməsi və s. üçün nəzərdə tutulub.
Lakin xəbər verdiyimiz kimi sözü gedən sistem aradan çıxıb və enerji təminatı əldə eldə etmək mümkün olmayıb.
FED.az xəbər verir ki mövzu ilə bağlı açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, bildirib ki, qəzadan öncə SCADA-nın hansı vəziyyətdə olması bilinmir.
"Komissiyanın dünənki toplantısında deyilənlərdən belə anlamaq olur ki, enerji sistemində baş verən qəzada SCADA sıradan çıxıb. Bu səbəbdən növbəti qərarların qəbulunda bu sistemdən istifadə mümkünsüz olub. SCADA qərar qəbul edənlərə hər hansı məlumat verə bilməyib və onlar komissiya üzvlərinə “nağıllar” danışıblar. Qəzadan öncə SCADA-nın hansı vəziyyətdə olması da maraq doğuran məsələlərdəndir.
Osman Gündüz həmçinin komissiyanın SCADA sisteminin auditini, nəzərdə tutulanların yerində olmasını, sistemin dayanıqlığını və qəza zamanı nə üçün işləmədiyini araşdıracağına güman etdiyini də qeyd edib.
"Dünən keçirilən müşavirədən sonra hiss olunurdu ki, prezident baş verənlər haqqında tam məlumatlıdır və əminəm ki, qəzanın səbəbləri, enerji sisteminin bütün ölkədə çökməsi tam dərindən araşdırılacaq və təqsirkarlar öz cəzasını alacaqlar."
Qeyd edək ki, SCADA sisteminin quraşdırılmasının birinci mərhələsində dünyada tanınmış şirkət olan SİEMENS iştirak edib. 2007-ci ildən sonra bu şirkətin xidmətlərindən imtina edilib və müvafiq işləri görmək üçün Azərenerji Dünya Bankı ilə birgə Fransanın Areva şirkəti seçilib.
xeberler.az