İyun ayından gömrük bağlamaları yeni qaydada bəyan ediləcək.
Komitə sədri 300 dollarlıq gömrük güzəştinin azaldılması xəbərlərinə münasibət bildirib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Dövlət Gömrük Komitəsi "Smart Customs" saytından və mobil tətbiqindən istifadə edən vətəndaşlara müraciət edib. Bildirilib ki, artıq bir neçə aydan sonra xaricdən məhsul sifarişi edən vətəndaşlar elektron ticarət bəyannamələrini identifikasiya nömrəsi ilə edə bilməyəcəklər. Yeni qərara əsasən, bu xidmətdən yalnız "Asanİmza", "SİMA" və ya "MYGOV / QR" vasitəsilə istifadə etmək mümkün olacaq.
Daşıyıcı şirkətlərin əməkdaşları bildirirlər ki, indiki qaydada həyata keçirilən təsdiq prosesi, yəni fin kod və parol ilı həyata keçirilən bəyənnamə prosesi gücləndirilmiş hesab edilmir.
İqtisadçılar isə hesab edirlər ki, bu addım gömrük və vergi sisteminə nəzarətin güclənirilməsi məqsədi daşıyır.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, qeyd olunan tarixdən sonra malların bəyan edilməsi üçün vətəndaşlara "Asan İmza" və ya "SİMA" elektron imzasını əvvəlcədən əldə etmələri tövsiyə edilir.










