Bu ilin yanvar-avqust ayları ərzində ölkədən 438,5 milyon ABŞ dolları dəyərində 435 min tondan çox meyvə-tərəvəz ixrac edilib.
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 7,4 faiz, həcmi isə 13,5 faiz artıb.
Cari ilin iyul ayına nisbətdə isə avqustda meyvə-tərəvəzin ixrac dəyəri 22,7 faiz azalaraq 38,4 milyon dollar, həcmi isə 20,9 faiz azalaraq 38 min ton təşkil edib.
Qeyd edək ki, 2023-cü ilin ilk 8 ayında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 1,8 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 19,84 faizə bərabər olub. (“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.