Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Gömrük

  1. Ana səhifə
  2. Gömrük
  1. Gömrük

Gömrükdə nə dəyişib və sahibkarlar ən çox hansı məsələdə səhv edirlər – VÜSAL XƏLİLOV AÇIQLAYIR

Gömrükdə nə dəyişib və sahibkarlar ən çox hansı məsələdə səhv edirlər – VÜSAL XƏLİLOV AÇIQLAYIR | FED.az
13:34 14 Fev 2023

Son dövrlər Azərbaycandan ixrac-idxal əməliyyatlarında və bu əməliyyatların gömrük  rəsmiləşdirilməsində bir sıra mühüm yeniliklər tətbiq edilib. Amma sahibkarların bir hissəsi bu yeniliklərdən və ümumiyyətlə, gömrük prosedurlarının bəzi tələblərindən xəbərsizdirlər. Nəticədə bu vəziyyət idxal-ixrac əməliyyatlarında çətinliklərə və iş adamları üçün problemlərə səbəb olur.

FED.az xəbər verir ki, bu barədə Azərbaycanda gömrük broker xidmətləri təklif edən aparıcı şirkətlərdən biri - «Mobil Broker» MMC-nin direktoru Vüsal Xəlilov Bakıda keçirilən Milli İxracatçılar və İdxalçılar Forumunda bildirib.

Mütəxəssis son dövrlər gömrük rəsmiləşdirilməsi və bu sahədəki başqa yeniliklər barədə təqdimatla çıxış edərək iş adamları üçün yenilikləri, eləcə də artıq mövcud olan mexanizmləri izah edib.

Ekspert bildirib ki, hazırda bəzi sektorlar gömrük rüsumundan azaddır, yəni xaricdən gətirilən bəzi malları görə, gömrük rüsumu tutulmur. Bunlar sənaye parkları, alternativ enerji mənbələri, “Böyük Qayıdış” dövlət proqramı üzrə idxal olunan mallar, neft sektoru məhsulları və elektromobillərdir.  

V.Xəlilov bildirib ki, maraqlı yeniliklərdən biri - hibrid və elektrik avtomobilləri üçün rüsumların kəskin azaldılması, bəzi hallarda isə ləğv edilməsidir.

«Azərbaycana ekoloji təmiz avtomobillərin gətirilməsi qaydaları sadələşdirildikdən sonra avtomobillərin dəyərindən asılı olaraq, elektromobilləri cəmi 200-300 manat, hibrid avtomobilləri isə 4-5 min manat rusüm ödəməklə idxal etmək mümkün olub. Söhbət mühərikinin həcmi 2,5 litrə qədər olan və istehsal tarixi 3 ili keçməyən avtomobillərə aiddir »-deyə V.Xəlilov bildirib.

İdxal-ixrac əməliyyatlarına toxunan şirkət rəhbəri bildirib ki, bu sahədə aparılan islahatlar nəticəsində gömrük rəsmiləşdirilməsi prosesinin uzanması və tranzit keçən avtomobillərin gözləməsi halları aradan qaldırılacaq.

«Yaşıl dəhliz» nə vaxt «qırmızı dəhliz»ə çevrilir?

«Yaşıl dəhliz» sistemi barədə məlumat verən V.Xəlilov bildirib ki, bu mexanizm iş adamlarına daha əlverişli şərait yaratamaq, biznesin dövlət tənzimlənməsi mexanizmlərini artırmaq, gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək məqsədi daşıyır: «Hazırda 800-900 iştirakçı «Yaşıl dəhliz»dən istifadə edir, istifadəçilər rəsmiləşdirmə prosesində bu rahatlığı hiss edirlər, amma hər hansı risk olarsa, bu artıq «qırmızı dəhliz»ə çevrilir».

Mütəxəssis bildirib ki, «Yaşıl dəhliz»ə qoşulmaq üçün «Mobil Broker»ə müraciət etmək olar: «Bura qoşulmaq üçün müraciət edən və ya müraciət edib işi yarımçıq qalan sahibkarlar varsa, onlara dəstək ola bilərik».

Sahibkarlar harada səhvə yol verirlər?

Ekspert idxal-ixrac və gömrük əməliyyatlarında sahibkarların yol verdiyi yanlışlıqlara da toxunub. «Bunlardan biri idxal zamanı icazə sənədlərində çatışmazlıqların olmasıdır. Bəzən sahibkarlar sənədləri əvvəlcədən hazırlamırlar və yalnız nəqliyyat vasitəsi ölkəyə gələndən sonra bəzi sənədlər yada düşür. İxrac zamanı bəzi hallarda sahibkar avtomobili tam yükləyib gömrük məntəqəsinə ixrac üçün gönderir. Amma bu halda lazım olan sənədlər toplanmalı və gömrüyə təqdim edilməlidir. Belə vəziyyətdə yaranan problem gömrüyün deyil, sahibkarın günahı olur. Bu halda da nəqliyyat vasitəsi üzrə gündə 100-150 manat ödəniş etmək lazım gəlir».

Ekspert belə halların aradan qalxması üçün bu sahədə çox böyük maarifləndirmə işi aparılmasnı vacib sayıb. «Gömrüklə bağlı “artıq öhdəlik” deyilən hal vasitəsilə istənilən malı buraxdırmaq olur. Nəticədə bu proses sahibkara terminallarda gündə 100-150 manata başa gəlmir».

Gömrük sahəsində yeniliklər

V.Xəlilov bir neçə həftə əvvəl gömrük sahəsində qüvvəyə minmiş və bəzi sahibkarların hələ də məlumatsız olduğu yenilikləri açıqlayıb. «Yanvar ayından qüvvəyə minmiş yeniliyə əsasən, gömrük bəyannamələrinə 24 saat ərzində baxılacaq. Əvvəllər bu müddət 48 saat təşkil edirdi. indi isə bu müddət 24 saata endirilib və bu sahbkarlar üçün müsbət yenilikdir».

Ekspert gömrük orqanlarında ƏDV depozit hesablarının birləşdirilməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkət bu yeniliyi hələ 2-3 il əvvəl təklif edib. «Düşünürəm ki, sahibkarlıq üçün faydalı olacaq».

«Gömrük anbarı yaratmaqda kömək edə bilərik»

Son vaxtlar gömrükdə aparılan islahatlar çərçivəsində gömrük anbarlarının yaradılması da müzakirə edilir. Ekspert bildirir ki, Azərbaycanda gömrük anbarları demək olar ki, yoxdur, olanlar da, tam gücü ilə işləmir: «Amma bir məlumat vermək istəyirəm - hazırda Gömrük Komitəsində yeni qanun hazırlanır və artıq bu il, ya da gələn il gömrük anbarları istifadəyə veriləcək. Gömrük anbarı təsis etmək istəyən sahibkarlar olarsa, bizim vasitəmizlə müraciət edə bilər».

Daxildə emal və təkrar ixrac

V.Xəlilov bildirir ki, Azərbaycanda daxil emal gömrük prosedurundan demək olar ki, istifadə olunmur. «Ötən dəfə toplantıda söz verildi ki, bu prosedur Azərbaycanda işləyəcək. Və emal edilərək təkrar ixrac edilən zaman həmin mallar vergidən azad ounacaq".

Səlahiyyətli iqtisadi operator

“Səlahiyyətli iqtisadi operator” - azərbaycanlı sahibkarlar üçün yeni anlayışdır. Hazırda «Səlahiyyətli iqtisadi operator haqqında» yeni qanun hazırlanır. V.Xəlilovun sözlərinə görə, xarici iqtisadi fəaliyyətlə məşğul olan hər bir şəxsə, SİO statusu vermək planlaşdırılır: «Bu "yaşıl dəhliz"ə bənzər bir mexanizmdir. Amma bununla bağıl qanunvericilikdə heç də bütün məsələlər əksini tapmayıb.

Sahibkarları gözləyən daha bir yenilik - Dolayı gömrük təmsilçiliyi

Azərbaycanda geniş tətbiqi gözlənilən daha bir yenilik dolayı gömrük təmsilçiliyidir. Hələlik bu fəaliyyət ölkəmizdə geniş tətbiq edilmir. Amma bunun sahibkarlar üçün üstünlükləri və gətirəcəyi faydaları var.

İş adamları bu xidmətdən istifadə etməklə təkcə zamanı qənaət etmir, həm də gömrükdəki yeniliklərdən vaxtında xəbərdar olurlar. «Yeniliklərdən xəbərdar olma önəmlidir, çünki bəzən gömrükdə bəzi məsələlər dəyişir, amma sahibkarların məlumatları olmur, yalnız gömrükçülər deyəndə xəbərləri olur. Düşünürəm ki, burada gömrüyün bu sahədə maarifləndirmə işlərini  Azərbaycan Gömrük Brokerləri Assosiasiyası öz üzərlərinə götürməlidir»-deyə V.Xəlilov bildirir. 

«Məsələn, bizim sahibkarlıq platformamızda 3 minə qədər sahibkar var. Orada mütəmadi olaraq faydalı məlumatlar, o cümədən gömrükdəki yeniliklər barədə məlumatlar yayımlanır».

Dolayı gömrük təmsilçiliyi özündə «Məsuliyyət və cavabdehlik» və «İxtisaslaşmış peşəkar komanda» anlayışlarını  da bilirləşdirir.

Belə ki, sahibkarla təmsilçi arasında bağlanan müqaviləyə əsasən, istənilən məsələdə cavabdeh şəxs dolayı gömrük təmsilçisi olur.

Peşəkar komandaya gəlincə isə, onun əsas üstünlüyü təkcə biliklərin artıq olması ilə bağlı deyil, həm də 7/24 onlayn xidmət göstərə bilməsidir. «Bu onun üçün lazımdır ki, istənilən qısa idxal və ya sərhəddə qalmış maşınları rəsmiləşdirə bilirik».

Eyni zamanda bu xidmətdən istifadə etməklə bütün növ gömrük bəyannamələrinin tərtib edilməsi mümkündür, bura –müvəqqəti saxlanc, təkrar ixrac, təkrar idxal, xaricdə və daxildə emal, istənilən prosedur altında yerləşdirmə aiddir.

Banner
Banner
  • Mobil Group
  • gömrük
  • Vüsal Xəlilov
  • broker
  • gömrük brokeri
Paylaş

Digər xəbərlər

Gömrükçülər vətandaşin ölkəyə gətirdiyi - BREND ƏŞYALARI MÜSADİRƏ EDİB
Gömrük 23 Mart 2023
Gömrükçülər vətandaşin ölkəyə gətirdiyi - BREND ƏŞYALARI MÜSADİRƏ EDİB
Bakıya təyyarə ilə gizli şəkildə 93 ədəd “İphone”u - NECƏ GƏTİRMƏK OLAR? - GÖMRÜK MƏLUMAT YAYDI
Gömrük 22 Mart 2023
Bakıya təyyarə ilə gizli şəkildə 93 ədəd “İphone”u - NECƏ GƏTİRMƏK OLAR? - GÖMRÜK MƏLUMAT YAYDI
Azərbaycan xaricə zəfərin ixracını - 3 DƏFƏ ARTIRIB - 1 KQ 1300 MANATDIR
Gömrük 22 Mart 2023
Azərbaycan xaricə zəfərin ixracını - 3 DƏFƏ ARTIRIB - 1 KQ 1300 MANATDIR
Azərbaycan qara kürünü 300 dollara alır, 1000 dollara satır – ÖLKƏLƏR, MƏBLƏĞLƏR
Gömrük 21 Mart 2023
Azərbaycan qara kürünü 300 dollara alır, 1000 dollara satır – ÖLKƏLƏR, MƏBLƏĞLƏR
Gömrükdən gizli külli miqdarda qızıl gətirirdi - AŞKAR EDİBLƏR
Gömrük 21 Mart 2023
Gömrükdən gizli külli miqdarda qızıl gətirirdi - AŞKAR EDİBLƏR
İranda TIR-lardan rüşvət tələb edilir - SÜRÜCÜLƏR AKSİYA KEÇİRDİ
Gömrük 19 Mart 2023
İranda TIR-lardan rüşvət tələb edilir - SÜRÜCÜLƏR AKSİYA KEÇİRDİ
Ukrayna sərhədçiləri maşınları xüsusi - MİNİ-SKANERLƏ YOXLAYACAQLAR
Gömrük 17 Mart 2023
Ukrayna sərhədçiləri maşınları xüsusi - MİNİ-SKANERLƏ YOXLAYACAQLAR
DGK sədri: "Gürcüstanla yeni keçid məntəqəsinin inşası nəzərdə tutulur"
Gömrük 17 Mart 2023
DGK sədri: "Gürcüstanla yeni keçid məntəqəsinin inşası nəzərdə tutulur"
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar -  SİYAHI
Gömrük 17 Mart 2023
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - SİYAHI
"Xanoba" gömrük postu açıldı - FOTOLAR - YENİLƏNİB
Gömrük 17 Mart 2023
"Xanoba" gömrük postu açıldı - FOTOLAR - YENİLƏNİB
“Astara gömrüyündə 5-6 min sürücü növbə gözləyir” - AÇIQLAMA
Gömrük 16 Mart 2023
“Astara gömrüyündə 5-6 min sürücü növbə gözləyir” - AÇIQLAMA
Azərbaycana gətirilən elektromobillərin sayı - 4 DƏFƏ ARTIB
Gömrük 16 Mart 2023
Azərbaycana gətirilən elektromobillərin sayı - 4 DƏFƏ ARTIB
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Neft 3 faizdən çox ucuzlaşıb - SON QİYMƏT
    17:24 24 Mart 2023
  • Ermənilər Qarabağda yeni yol çəkir, ruslar vəzifələrini yerinə yetirmir - MÜDAFİƏ NAZİRLİYİNDƏN ETİRAZ - VİDEO
    17:12 24 Mart 2023
  • Ermənistan Konstitusiya Məhkəməsi Putinin həbsi barədə - QƏRARI DƏSTƏKLƏDİ
    16:40 24 Mart 2023
  • “Togg”un sifarişləri - 100 MİNİ KEÇDİ
    16:20 24 Mart 2023
  • SOCAR Qazaxıstan neftinin - TRANZİTİNƏ BAŞLAYIB
    15:38 24 Mart 2023
  • Twitterin "mavi" nişanının qiyməti açıqlandı - Bütün dünyada istifadə oluna bilər
    15:13 24 Mart 2023
  • Azərbaycana düyü idxalı - 46% ARTIB
    15:09 24 Mart 2023
  • Rusiyanın daha bir şəhərindən Bakıya - TƏYYARƏ REYSİ AÇILIR
    14:49 24 Mart 2023
  • Azərbaycan bankları da bu siyahıdadır – REGİONUN ƏN ETİBARLI 50 BANKI – TAM SİYAHI
    14:34 24 Mart 2023
  • Azərbaycan MN Rusiya sülhməramlıları qarşısında qəti tələb qoyub: "Belə hallara dərhal son qoyulmalıdır"
    14:14 24 Mart 2023
  • Azərbaycan MN: Xankəndi yolu ilə növbəti qanunsuz hərbi daşımalar davam edir - VİDEO
    14:07 24 Mart 2023
  • Avropada satılan balın təqribən yarısı - KEYFİYYƏTSİZDİR
    13:24 24 Mart 2023
  • Azərbaycanın ən böyük bankı - ABB – ƏN ETİBARLI BANKLARIN SİYAHISINDA 
    13:19 24 Mart 2023
  • Laboratoriyada hazırlanan brilyantın satışı artır - TƏBİİ BRİLYANT İLƏ EYNİDİR, AYIRMAQ MÜMKÜN DEYİL
    13:05 24 Mart 2023
  • Darknetdə nə baş verir? – Xakerlərin qurbanına çevrilməmək üçün  - 4 VACİB TÖVSİYƏ
    12:47 24 Mart 2023
  • Şənbə gününün - HAVA PROQNOZU
    12:32 24 Mart 2023
  • 2022-ci ildə İtaliya Azərbaycandan qaz alışına 12.253 milyard avro - SƏRF EDİB
    12:15 24 Mart 2023
  • ABB Sumqayıtda daha bir - FİLİAL AÇDI!
    12:05 24 Mart 2023
  • 2022-ci ildə Aİ ölkələri Azərbaycandan qaz alışına 15,6 milyard avro - SƏRF EDİB
    11:50 24 Mart 2023
  • Yanvar-fevralda Azərbaycanda istismara verilən evlərin ümumi sahəsi 13,6%, kapital qoyuluşu - 4,4% AZALIB
    11:44 24 Mart 2023
  • "Qarabağ”-“Qalatasaray” matçına gedəcək - AZARKEŞLƏRİN NƏZƏRİNƏ!
    11:34 24 Mart 2023
  • Türkiyədə nar souslarının satışı - QADAĞAN OLUNDU
    11:16 24 Mart 2023
  • Neft bahalaşıb - SON QİYMƏT
    11:13 24 Mart 2023
  • Birbank Visa kartları ilə xaricdəki ödənişlərə - 2% KEŞBEK HESABLANACAQ
    11:03 24 Mart 2023
  • Azərbaycan Ermənistanda yaşayan azərbaycanlılarla bağlı Paşinyanın bəyanatına - CAVAB VERİB
    10:42 24 Mart 2023
  • Su qıtlığı niyə yaranır? - 5 SUALA CAVABDA
    10:29 24 Mart 2023
  • Bağlanan bankın əmlakı 57 min manata - SATIŞA ÇIXARILIR
    10:10 24 Mart 2023
  • Azər Türk Bank müştərilərinə təmassız ödənişlər zamanı - 5% CASHBACK
    10:01 24 Mart 2023
  • Cəbrayılda tikilən evlər belə olacaq - VİDEO
    09:53 24 Mart 2023
  • "Twitter Blue" ödənişli abunəliyi artıq bütün dünyada istifadəçilər üçün əlçatandır
    09:45 24 Mart 2023
  • "Rusiya və Çin üçün dollara alternativ yaratmaq çox çətin olacaq"
    09:38 24 Mart 2023
  • İş adamları Özbəkistanda keçiriləcək beynəlxalq sərgilərə - DƏVƏT EDİLİB
    09:32 24 Mart 2023
  • Azərbaycan nefti bahalaşıb - SON QİYMƏT
    09:30 24 Mart 2023
  • Azərbaycanın dəqiq elmlər üzrə - Ən reytinqli alimləri açıqlandı - "Google Scholar"ın siyahısı
    09:18 24 Mart 2023
  • Onlayn alış-veriş zamanı aldanan istehlakçı - NƏ ETMƏLİDİR?
    09:13 24 Mart 2023
  • Füzuli şəhəri yenidənqurmadan sonra belə olacaq – FOTOLAR
    09:04 24 Mart 2023
  • "Norm Sement" işçi axtarır - VAKANSİYA
    20:45 23 Mart 2023
  • Azərbaycan şirkətləri işçilər axtarır - MAAŞ 2500-2500-3000-3500 MANAT- VAKANSİYALAR
    20:22 23 Mart 2023
  • "NOVCO Group of Companies" işçilər axtarır - MAAŞ 700-900 MANAT - VAKANSİYALAR
    20:09 23 Mart 2023
  • "Kristal Abşeron" işçilər axtarır - VAKANSİYALAR
    20:03 23 Mart 2023
  • "ATA PACK" MMC işçilər axtarır - MAAŞ 500 MANATDAN - VAKANSİYALAR
    19:57 23 Mart 2023
  • "Carlsberg Azerbaijan" çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
    19:51 23 Mart 2023
  • Azərbaycanda vələmir əkini 5%-dən çox artıb
    17:33 23 Mart 2023
  • Azərbaycanda buğda əkini 16%-ə yaxın azalıb
    17:23 23 Mart 2023
  • Azərbaycanda sürtkü yağlarının istehsalı 54%-dən çox artıb
    17:12 23 Mart 2023
  • Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
    17:03 23 Mart 2023
  • İsveçrə Milli Bankı uçot dərəcəsini artırıb
    16:45 23 Mart 2023
  • Azərbaycandan dizel yanacağı istehsalı 1%-ə yaxın azalıb
    16:34 23 Mart 2023
  • Azərbaycanda ağ neft isthesalı 7%-dən çox azalıb
    16:20 23 Mart 2023
  • Gömrükçülər vətandaşin ölkəyə gətirdiyi - BREND ƏŞYALARI MÜSADİRƏ EDİB
    16:07 23 Mart 2023
  • Azərbaycanda avtomobil benzini istehsalı 4%-ə yaxın azalıb
    16:05 23 Mart 2023
  • Azərbaycanda araq istehsalı 19% artıb
    15:57 23 Mart 2023
  • Azərbaycanda pivə istehsalı 19% artıb
    15:45 23 Mart 2023
  • Azərbaycanda üzüm şərabı istehsalı 26% artıb
    15:34 23 Mart 2023
  • Azərbaycanda viski və konyak istehsalı 3 dəfə artıb
    15:33 23 Mart 2023
  • ÜST: “Dünyada vəba xəstəliyinin yayılma riski çox yüksəkdir”
    15:22 23 Mart 2023
  • Qlobal telekommunikasiya avadanlıqları bazarının artım tempi zəifləyib
    15:10 23 Mart 2023
  • Bu il qeyri-neft sektoru üzrə ən çox məhsul Türkiyəyə ixrac edilib
    14:57 23 Mart 2023
  • Ötən ay Azərbaycanda kafe və restoranlara 124.9 milyon manat xərclənib
    14:44 23 Mart 2023
  • ABŞ-ın neft ehtiyatları 1.12 milyon barel artıb
    14:30 23 Mart 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!