Dövlət Gömrük Komitəsində yeni təyinatlar olub.
Nazirin müavini işdən çıxarıldı, iki yeni müavin təyin olundu
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-polkovniki Şahin Bağırov müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən, gömrük xidməti mayoru Elçin Zülfəli oğlu Qasımzadə Audit İdarəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Rövşən Siyafiq oğlu Namazov Gömrük Siyasəti Baş İdarəsinin rəisi, gömrük xidməti mayoru Şamil Rizvan oğlu Həsənli isə Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyin edilib.










