Azərbaycana Çindən gətirilən malların gömrükdə daha tez rəsmiləşdirilməsi və nəzarət edilməsi gözlənilir.
FED.az xəbər verir ki, bu Azərbaycanla Çin arasıvnda imzalanmaq üçün hazırlanan protokolda nəzərdə tutulub.
Bu və gömrüklə bağlı digər mövzular Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə Çinin gömrük xidməti arasında keçirilən görüşdə müzakirə edilib.
Xatırladaq ki, bu həftə Çində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Gömrük Əməkdaşlıq Şurasının 145/146-cı sessiyaları keçirilir. Bu tədbir çərçivəsində çərçivəsində Azərbaycan nümayəndə heyətinin Çin Xalq Respublikası Baş Gömrük İdarəsinin nümayəndələri ilə ikitərəfli görüşü keçirilib.
Qeyd edək ki, hazırda Azərbaycanla Çin arasında gömrük və ticarət sahəsində əsas mövzulardan biri Orta Dəhliz boyuncu yüklərin sürətli daşınması və onlara effekti nəzarətdir. Orta Dəhlizlə göndərilən yüklərin byöük hissəsi isə məhz Çindən gəlir.
Bu məqsədlə Çinlə Azərbaycan arasında “Çin-Avropa Dəmir Yolu Ekspres Konteynerləri (C-TOP)” layihəsi çərçivəsində təhlükəsizliyə nəzarətin və sürətləndirilmiş rəsmiləşdirmə prosedurlarının həyata keçirilməsi üzrə protokol hazırlanır.
Görüşdə Çin Baş Gömrük İdarəsi ilə Azərbaycan Dövlət Gömrük Komitəsi bu protokolla bağlı müzakirələr aparılıb. Çin tərəfi bildirib ki, bu layihə vasitəsilə 16 informasiya göstəricisinə dair məlumat mübadiləsinin həyata keçirilir və bu mexanizm daha rahat və düzgün məlumat axınına imkan yaradacaq.
Eyni zamanda görüşdə Çin tərəfi Çin istehsalı olan rentgen avadanlıqları, onlardan istifadə zamanı süni intellekt əsaslı texnologiyalardan (AI-powered scanning techniques) istifadə edilməklə həyata keçirilən baxış sistemləri barədə məlumat verib, Çin tərəfi bu sahədəki təcrübəsini Azərbaycanla da paylaşmağa hazır olduqlarını bildirib.
Eləcə də görüşdə Çin nümayəndəsi tərəfindən ÜGT-nin dəstəyi ilə təqdim olunan “Smart Customs” adlı onlayn platforma barədə məlumat diqqətə çatdırılıb və bu sahədə təcrübə mübadiləsinin perspektivləri müzakirə edilib.