Rusiyanın qaz nəhəngi, daha dəqiqi Rusiya-Ukrayna müharibəsinə qədər ölkənin ən gəlirli şirkəti, indi isə zərərlə işləyən «Qazprom» özünün bəzi ofislərini və ona məxsus sanatoriyaları satışa əçıxaracaq.
FED.az xəbər verir ki, bu əmlaklar hərrac yolu ilə satılaacq.
Belə ki, «Qazprom» şirkəti Moskva şəhəri, eləcə də Moskva və Tver vilayətlərində yerləşən bəzi ofislərini və sanatoriyalarını satışa çıxaracağını elan edib.
Satışaçıxarılan obyektlər arasında Moskvanın mərkəzində yerləşən və sahəsi 92 min kvadratmetr olan işgüzar mərkəz, «Zimenki» tədris-istehsalat mərkəzinin əmlvak kompleksi, «Priokskie dali» sanatoriyası, «Seliqerskie zori» istirahət bazası və sair aiddir.
Sözügedən əmlaklar açıq hərracda satılacaq.
Xatırladaq ki, 2024-cü ilin mayında «Qazprom» Sankt-Peterburqa köçməsi ilə əlaqədar olaraq Moskvadakı bir sıra əmlaklarını satışa çıxaracağını elan edib. Bura şirkətin ofis binaları və «İmperial park otelğ & spa» kompleksi aid idi.
Oktyabrda isə «Qazprom» Rusiya, Ermənistan və Balarusdakı bəzi sanatoriya kurort əmlaklarını satışa çıxaracağını elan etmişdi.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Avropaya qaz ixracının kəskin azalması və tətbiq edilən sanksiyalar səbəbindən «Qazprom» son 25- ildə ilk dəfə olaraq zərərlə işləməyə başlayıb.
Şirkət 2023-cü ilin nəticələrinə görə. 669 milyard rubl və ya təqribən 7 milyard dollar zərərlə baş vurub. Halbuki, şirkət 2022-ci ildə 1,23 trilyon rubl və ya 14 milyard dollar mənfəət əldə etmişdi.
2024-ci ildə «Qazprom»un zərərləri davam edib və ilk yarım ilin nəticələrinə görə, şirkət 488 milyard rubl və ya 5 milyard dollar zərər edib.