İyulun 3-4-də Azərbaycanda baş verən enerji böhranı və bunun nəticələri enerji sektorunda, xüsusilə də idarəetmədə ciddi islahatlara ehtiyacın olduğunu ortaya çıxartdı. Azərbaycanda ölkənin ehtiyaclarını ödəyəcək qədər, hətta bir qədər də artıq elektrik enerjisi istehsal edilsə də, bir stansiyanın bir blokunda baş verən qəza bütün ölkənin elektriksiz qalması ilə nəticələndi.
Baş verənlər bu sahədə müxtəlif təkliflərin səslənməsi ilə nəticələndi, hətta ölkədə 5 milyard dollara başa gələn Atom Elektrik Stansiyasının tikintisi də təklif edildi. Hərçənd bu o məqsədəuyğun deyil, çünki seyyesmik zonada, yetərincə enerji istehsal olunan ölkədə bu riskli addım olardı. Bu gün Ermənistanın həm texnoloji, həm də istismar müddətinə görə köhnəlmiş atom elektrik stansiyası bütün regionu (Türkiyə, Gürcüstan, Azərbaycan və İRAN) hər gün risk altında saxlayır.
Üstəlik, Azərbaycanda, qeyd edildiyi kimi, problem enerjinin çatışmamazlığı deyil, əsas problem enerjinin fasiləsiz verilməsi üçün sistemin düzgün işləməməsidir.
Belə halların bir daha təkrarlanmaması, ümumiyyətlə, enerji və yeni texnologiyalar sahəsində ölkəmizdə olan boşluqların, dünyadakı ümumi proseslərdən geri qaldığımız sahələrin aradan qaldırılması üçün FED.az və ölkənin texnologiya sahəsində çalışan mütəxəssisləri «Texnoloji Təkliflər» layihəsinə start verir.
Layihənin məqsədi, ölkədə ən müasir texnologiyaların tətbiqi ilə iqtisadiyyatın durumuna, biznesin inkişafına, əhalinin sosial vəziyyətinə müsbət təsir edəcək imkanlar haqqında təşəbbsülərin irəli sürülməsidir. İlk təkliflər məhz enerji sisteminin idarə olunması və bu sahədə aparılması tələb olunan islahatlar haqqındadır.
Elektrikin kəsilməsi metroda, xəstəxanada və başqa yerlərdə vətəndaşdarın həyatına risk yaradırsa, bu hal problemin ciddi olduğunu göstərir. Bununla bağlı yayılan bütün məlumatları analiz etdikdə məlum olur ki, ölkədə enerjinin istehsalında, daşınmasıda və istehlakçıya çatdırılmasında texniki problem yoxdur, yalnız 12 iyulda xətlərin altında baş vermiş yanğın istisna olmaqla.
Azərenerjini rəsmi bəyanatında qeyd olunur ki, elektrik stansiyasında qəza havaların anomal isti keçməsi və enerji sisteminin yüklənməsi nəticəsində baş verib. Bu açıqlamada həqiqət odur ki, biz elektrik enerjisini soyutmaya daha çox istifadə edirik. Başqa sözlə, Azərbaycanın əksər rayonları qazlaşdırıldığına görə, enerjidən soyutma məqsədilə istifadə, istilik məqsədilə istifadədən daha artıqdır.
Elektrik enerjisi üçün ödədiyimiz hesablara baxdıqda da görərik ki, qış ayları ilə müqayisədə yayda 2 dəfə çox vəsait ödəyirik. May və oktyabr ayına baxdıqda isə ödənişlər yay aylarından 3 dəfə azdır.
Əsas enerjini kondisionerlər aparır, ölkəyə gətirilən kondisionerlərin sayı gündən günə artır. Hərçənd, «Azərenerji» Dövlət Gömrük Komitəsinin vasitəsilə kömrükdən daxil olan məlumatlara əsasən bu artımı proqnozlaşdıra bilərdi.
Problemin əsas səbəbini isə enerji istehsal edən stansıyalarda yükün düzgün bölünməməsində görürük. Qeyd etmək lazımdır ki bu bölüşdürmə Elektrik Şəbəkəmizin hal-hazırkı topologiyasında asan məsələ deyil. Azəenerjinin başqa bəyanatında Mingəçevirdə qəza baş vermiş blokda soyutma sistemində suyun temperaturunun həddindən artıq qalxması göstərilir. Soyutma sistemində heç bir problem olmayıbsa suyun temperaturu tədricən qalxıb.
Digər bir problem informasiya qıtlığı idi. Düzdür mobil internet işləyirdi. Lakin informasiya qıtlığı var idi, radiostansiyalar susrdu. Mən ancaq Respublika FM Raqdiosuna köklənə bildim, amma orada poeziya haqqında verliş yayılırdı. Məlumat qıtlığı səbəbindən vəziyyətlə bağlı müxtəlif şayiələr yayılırdı. Şəxsən mən də panika yaranırdı. Elektrik daha bir neçə saat verilməsə mobil rabitənin çökmə riski yaranmışdı. O zaman kollaps qaçılmaz idi. Elektriksiz, Radiosuz, TVsiz, İnternetsiz və rabitəsiz......
Qeyd etiklərimiz müşahidlər və Mülahizələr əsasındadır. Məsələ ilə bağlı dəqiq məlumatlar isə dövlət başçısının yaratdığı kommissiyanın hesabatından sonra məlum olacaq.
Biz hesab edirik aşağıdakı təkliflərimiz nəzərə alınsa bu hadisəni bir daha yaşamarıq:
1. Nəzərə alaraq ki, müharibə şəraitində yaşayırıq. «Azərspace» üzərində vahid elektrik şəbəkəsinin nəzarət və idarəetmə peyk informasiya şəbəkəsi yaradılmalıdır.
2. Nəzarət sistemi elə qurulmalıdır ki «Azərenerji»nin, Energetika Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və digər qurumların məsul işçiləri vəziyyəti onlayn olaraq nəinki öz stolüstü kompüterlərində, həmçinin smartfonlarında müşahidə edə bilsinlər.
3. Enerji Şəbəkəsində yükləmə gücü ilə bağlı vəziyyət «Yaşıl», «Sarı» və «Qırmızı» həddlərə bölünməlidir. Məsul şəxslərlər satusun sarı və yaxud qırmızı həddə keçəsini smartfonlarında onlayn görməlidirlər.
4. Enerji istehlakçıların vacibliyinə görə diverfikasiya edilməlidir. Məsələn, 1-ci qrupa Xəstəxanalar, 2-ci qrupa Metro, 3-cü rabitə, 4-cü qrup fərdi evlər, 5-ci qrup şəhərlərin işiqlandırılması, 6-cı qrup elektrik enerjisindən istifadə edən digər istehlakçılar.
5. İdarəetmə sistemi elə qurulmalıdır ki, şəbəkənin yüklənməsinə uyğun olaraq istehlakçıları qrupa uyğun şəbəkədən açmalıdır. Məsələn, problem yarandıqda şəbəkədən ilk növbədə 6-cı qrup açılır, sonra 5-ci. Sonra 4-cü və sair bu qayda ilə.
6. İdarəetmə və nəzarət sistemi hər bir paylayıcı stansıyanı, alt-stasiyanı və transformatoru lazım olduqda şəbəkədən açmaq imkanı ilə təmin olunmalıdır.
7. Müəsisələr üçün təlimatlar hazırlanmalır. Məsələn, «sarı» hədd olduqda metronun sönmə riski varsa, qatarlar dərhal stansiyalarda saxlanmalı, metroya giriş bağlanmalı, yerüstü nəqliyyat fövqəladə marşruta keçməlidir. Yol polisi isə həmin marşrutlrda hərəkətin maneəsiz olmasını təmin etməlidir.
8. Belə vəziyyətlərdə davranış üçün əhali üçün təlimatlar hazırlanmadır. Bura qıza zamanı yaranan müxtəlif vəziyyətlərdə davranış təlimatları aiddir. Məsələn, liftdə qaldıqda isti ilə necə mübarizə etməli, oksigeni necə qorumalı, metroda qaldıqda nə etməli və sair.
9. Eləcə də, KIV üçün şablonlar hazırlanmalıdır – hansı vəziyyətdə (hansı həddə) nə etməli. KİV yaranmış vəziyyət haqqında əhalini davamlı məlumatlandırmalıdır, insanlar xəbərdar olmalıdır ki, mobil rabitə 2 saatdan sonra dayana bilər. Belə vəziyyətlərdə KİV-in rolu daha böyükdür. Məsələn, əgər «Azərenerji»nin qlobal nəzarət sistemi olsaydı və «Azərenerji» əhaliyə enerjinin kəsilməsi riskinin olduğu haqda müraciət etsəydi, qəzanın fəsadları daha yüngül olardı. Hətta bəlkə qəzadan qaçmaq mümkün idi.
10. Ölkədə közərmə lampalarından istifadə olunmasından imtina proqramı hazırlanmalıdır. Közərmə lampası çox enerji işlətməsi ilə bərabər həmdə istilik ayırır. «Led» lampaların tətbiqi daha effektli olur. Közərmə lampasıın qiymətinin ucuz olması istehlakçı üçün daha cəlbedici olsa da, bununla bağlı təbliğat aparmaq lazımdır.
11. Azərbaycanda enerjiyə qənaət və enerji mənbələrinin şaxələndirilməsi üçün Günəş batareyalarının tətbiqi genişlənməlidir. Bu qurğular ölkəmizin yerləşdiyi iqlim qurşaqlarında daha effektlidir. Yay aylarında Azərbaycan ərazisində elektrik batareyasının effektliyi 3 dəfə artır. Bəzi, xarici ölkələrdə, o cümlədən Ukrayna və İngiltərədə fərdi istehlakçılardan istehsal etdikləri alternetiv enerjinin alınması təcrübəsi var. Həmin təcrübəyə əsasən, evlərdə quraşdırılmış Günəş batareyalarının istehsal etdiyi enerji elektrik şəbəkəsinə satılır.
Özü də bu enerjinin qiyməti ənənəvi enerjidən daha yüksəkdir. Bu lahiyələr müddətlidir və istehlakçıların Günəş batareyasına marağını artırmaq məqsədi daşıyır. Eləcə də son nəticələ dövlətin bu sahəyə investitsiyasını azaltmaq imkanı yaradır.
Avtomatlaşıdırılmış Nəzarət-İdarəetmə sistemini pilot olaraq ayrıca bir qəsəbədə tətbiq etmək mümkündür. Bununla bağlı lahiyələndirmə xərclərini hətta öz üzərimizə götürə bilərik.
Bu qəzanın fəsadlarının aradan qaldırılması və təkrarlanməması istiqəmətdə görülən işlərin dövlət başçısının şəxsi nəzarəti altında olduğu haqqında məlumatlıyıq. Hal-hazırda bu istiqamətdə bütün çalışanlara uğurlar arzulayırıq.
Namiq İsayev, İT mütəxəssis
«Yaşıl», «Sarı», «Qırmızı» - enerji böhranı olmaması üçün - TƏKLİFLƏR
10:11
19 İyul 2018