Neft və təbii qaz idxalı cəhətdən xaricdən asılı olan Türkiyənin Qara dəniz hövzəsində tapdığı təbii qaz ehtiyatları nəhəng beynəlxalq şirkətlərin və ölkənin gündəmindədir.
Eləcə də bax: Yeni tapılan qaz yatağında Türkiyə və Azərbaycan - Birgə İşləyə Bilər
FED.az xəbər verir ki, Türkiyənin Zonquldaqdakı köhnə adı ilə Tuna-1 yeni adı ilə Sakarya Hövzəsində 320 milyard kub metr qaz yatağının olduğu açıqlamasından sonra qazın Türkiyənin özünün çıxaracağı və ya xarici şirkətlərlə ortaq çıxarılacağı mövzusu müzakirə mövzusu olub.
Ekspertlər gözlənilən hasilat xərcləri təxminən 5 milyard dollar dəyərində olduğu bildirib. Qazın çıxarılması Türkiyəni böhran vəziyyətinə sala biləcəyi ilə bağlı proqnozları ilə yanaşı ekspertlər BP, Chevron, Eni, Exxon Mobil kimi dünyanın nəhəng enerji şirkətlərin hələ də bu mövzuda səssiz qalmalarına diqqət çəkiblər.
Ekspertlər Türkiyənin əsas qaz idxal etdiyi Rusiya və Azərbaycanın da bu mövzuda yenilikləri yaxından izlədiklərini bildiriblər.
Nurşin Ateşoğlu verdiyi açıqlamada Qara dənizdəki qaz ehtiyatlarının inkişaf etdiriləcəyini və beynəlxalq şirkətlərin qısa müddətdə bu sahə ilə məşğul olacağını bildirib.
“Bilgesam Yaxın Şərq və Enerji” mütəxəssisi Əli Semin "Təbii qaz çıxarıldıqdan sonra cari hesab kəsirinin azalacağına əminik. Ancaq bu ehtiyatlarla Türkiyənin qabaqcıl qaz istehsalçılarından biri olmayacağını yadda saxlamaları lazımdır. Əlbəttə ki, enerjinin 90%-i xaricdən asılı olduğu haldansa 80% xarici asılılıq olması çox yaxşı bir şeydir, ancaq bu təbii qazı çıxardığımız üçün dünyaya meydan oxuya bilərikmi? əlbətdə xeyr” deyib.
İnvestisiya xərcləri arta bilər
Türkiyənin qazı çıxarmaq üçün xeyli pul xərcləməsi gözlənilir.
“BOTAŞ” Qaz Alınması İdarəsinin keçmiş rəhbəri Əli Arif Aktürk açıqlamasında “Hasilat üçün kəskin qərar verildi, 2023-cü ilə qədər. Bu müddət ərzində qaz çıxarmaq asan məsələ deyil. Üzən platformanı icarəyə götürmək və ya almaq lazımdır. Məhdud texniki məlumatlara görə rəqəm vermək çətindir, lakin investisiya dəyəri 5 milyard dolları keçə bilər." deyə bildirib.