2020-ci ildə “TANAP Natural Gas Transmission Company”nin (Trans-Anadolu qaz kəmərinin tikintisi və istismarı üzrə operator) xalis mənfəəti 2019-cu ildə $145,827 milyon səviyyəsində xalis zərərə qarşı $159,396 milyon təşkil edib.
FED.az xəbər verir ki, bu barədə «Cənub Qaz Dəhlizi” QSC-nin materiallarında deyilir.
Eləcə də bax: “Cənub Qaz Dəhlizi” ötən ili - Mənfəətlə Başa Vurub
2020-ci ildə konsorsiumun gəlirləri $682,239 milyon (2019-cu illə müqayisədə artım 3,1 dəfə), satışların maya dəyəri $133,783 milyon (artım 31%), sair gəlirlər $1 milyon 463 min, faiz gəlirləri $353 min təşkil edib.
Ötən il konsorsiumun ümumi və inzibati xərcləri $192,777 milyon (artım 2,6 dəfə), maliyyə xərcləri $197,549 milyon (artım 6,5%), məzənnə fərqindən yaranmış xalis zərər $550 min (artım 2,6 dəfə) təşkil edib.
2020-ci ilin sonuna “TANAP Natural Gas Transmission Company”nin aktivləri $6 milyard 703,913 milyon (azalma 0,5%), o cümlədən qısamüddətli aktivləri $141,516 milyon, uzunmüddətli aktivləri $6 milyard 562,397 milyon məbləğində qiymətləndirilir.
Uzunmüddətli aktivlərin strukturunda boru kəmərinin dəyəri $6 milyard 392,636 milyon (artım 52,3%), başa çatmamış tikinti $142,759 milyon (azalma 17 dəfə) məbləğində qiymətləndirilir.
2021-ci ilin əvvəlinə konsorsiumun öhdəlikləri $3 milyard 937,068 milyon (azalma 4,8%), o cümlədən qısamüddətli öhdəlikləri $968,87 milyon, uzunmüddətli öhdəlikləri $2 milyard 777,445 milyon təşkil edib.
2020-ci ilin sonuna konsorsiumun kapitalı $2 milyard 957,598 milyona (artım 5,7%) bərabərdir.
Xəbər verildiyi kimi, 2020-ci ildə Azərbaycan TANAP-la Türkiyəyə təqribən 5 milyard kubmetr qaz ixrac edib.
SOCAR-ın proqnozlarına görə, TANAP qaz kəmərinin fəaliyyəti Türkiyənin qaza olan tələbatının 12%-ni təmin edəcək.
TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazının tədarükünə 2018-ci il iyunun 30-dan başlanılıb. 2019-cu il aprelin 15-də TANAP qaz kəmərinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinədək olan hissəsinə qazın sınaq tədarükünə başlanılıb. Həmin ilin iyun ayının 15-də “Şahdəniz” yatağından hasil edilən qaz TANAP ilə Türkiyə-Yunanıstan sərhədinə çatıb. 2019-cu il iyulun 1-dən TANAP Azərbaycan qazının Avropaya nəqli üçün tam hazır vəziyyətdədir. Noyabrın 30-da qaz kəmərinin ikinci fazasının (Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinədək) işə salınması mərasimi keçirilib.
TANAP-ın tikintisi $6,5 milyarda başa gəlib.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.
Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 milyard kubmetr təşkil edəcək. Bu həcmin 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək. Gələcəkdə boru kəmərinin ötürmə qabiliyyəti illik 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrə çatdırılacaq.
TANAP-ın səhmdarları SOCAR (51%), “SOCAR Turkiye Enerji” (7%), BOTAS (30%) və BP (12%) şirkətləridir. Bu boru kəməri 15 il ərzində səhmdarlara ildə ümumilikdə $1,45 milyard gəlir gətirəcək, bunun 58%-i Azərbaycanın payına düşəcək. (İnterfaks)