Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payçı olduğu “Sarmatiya” Beynəlxalq Boru Kəməri Müəssisəsinin İdarə Heyətinin yeni sədri Mixail Kravçenko təyin edilib.
Naxçıvanda yüksək vəzifəyə - TƏYİNAT
FED.az xəbər verir ki, bu barədə şirkətə əsasən bildirilir.
M.Kravçenko vəzifəsinin icrasına 2025-ci il yanvarın 1-dən başlayıb.
Təsis müqaviləsinə əsasən, “Sarmatiya” şirkətində İdarə Heyətinə rəhbərlik rotasiya mexanizminə uyğun olaraq həyata keçirilir.
M. Kravçenko hazırda Ukraynanın “Ukrtransnafta” Səhmdar Cəmiyyətini İdarə Heyətində təmsil edir. O, bu vəzifədə Bożena Knipfelberqi əvəz edib. B. Knipfelberq isə “Sarmatiya” şirkətində İdarə Heyətinin üzvü kimi fəaliyyətini davam etdirəcək. (Report)