Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) İdarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Kompleks Qazma İşləri Tresti”nin inteqrə olunmuş idarəetmə sistemini yenidən sertifikatlaşdırıb.
FED.az bu barədə AZSTAND-a istinadən xəbər verir.
Məlumata görə, bu məqsədlə AZSTAND tərəfindən ISO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər”, ISO 14001:2015 “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” və ISO 45001:2018 “Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemləri. Tələblər və tətbiq üzrə rəhbərlik” standartları əsasında uyğunluğun qiymətləndirilməsi xidmətləri göstərilib.
Qeyd edək ki, AZSTAND sertifikatlaşdırma xidmətlərini həyata keçirməklə müəssisə və təşkilatlarda tətbiq olunan idarəetmə sistemlərinin müvafiq dövlət və beynəlxalq standartların tələblərinə uyğunluğunu yoxlayır, onların təkmilləşdirilməsinə dəstək olur.