Dünya bazarında neftin qiymətinin kəskin enməsinin dövlət büdcəsinə birbaşa təsiri çox azdır.
ELəcə də bax: "Heç bir dəfə də olsun devalvasiya müzakirə edilməyib"
FED.az xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov bildirib.
Dövlət büdcəsinin strukturu elədir ki, neftin enməsi bilavasitə cari ilin büdcəsinə o qədər də təsir etir. Bu onunla bağlıdır ki, büdcədə neftdən gəlirlər əsasən iki istiqamətdən gəlir. Bunlardan biri hasilatın pay bölgüsü sazişindəki (Məsələn «Əsrin müqaviləsi» kimi sazişlərdən, BP kimi şirkətlərin – FED.az) şirkətlərin vergiləridir. Digəri Dövlət Neft Şirkətinin (SOCAR) vergiləridir.
SOCAR-ın vergiləri və əldə etdiyi gəlirlər əsasən daxili bazarda satılan məhsullardan gəlir. Burada qiymətlər sabitdir və hər hansı enişlərin olmasını (satışlarda və vergilərdə) gözləmirik. Sabitlik var və əminik ki, SOCAR həmin gəlirləri əldə edib vergiləri yerinə yetirəcək.
Yeganə olaraq SOCAR-ın xaricdə xam neft vı neft məhsullarının satışı üzrə gəlirlərinin bir qədər azalması gözənilir.
Ən çox azalma hasilatın pay bölgüsündəki şirkətlərin gəlirlərində olacaq. Bunu da görürük. amma burada da müəyyən bir struktur var. Bu da ondan ibarətdir ki, ötən ilin son rübünün öhəlikləri bu ilin birinci rübündə ödənilib. Bu da illik proqnozun 40%-ni təşkil edib. (Başqa sözlə, xarici şirkətlərin 2020-ci ildə gözlənilən vergi ödənişlərinin 40%-i artıq ödənilib).
Beləliklə bizim hesablamalara görə, hətta bu gün bazarda olan kifayət qədər aşağı qiymətləri götürsək, yəni 30-35 dollar arası, bizin büdcənin neftdən gəlirləri, yəni həm SOCAR, həm də xarici şirkətlər gəlirləri, təxminən 270-340 milyon manat arasında azalacaq.
Bu çoxdurmu? Nəzərə alsaq ki, dövlət bülcəsinin gəlirləri 24 134 milyon manatdır. Bu azalma büdcədə cəmi 1,1- 1,4% yer tutur».
Maliyyə nazirinin sözlərinə görə, bu məbləğin də böyük hissəsi artıq kompensasiya oluqnub. Çünki ilk iki ayda vergi və gömrük orqanları gözəniəndən daha artıq vəsait toplayıblar.
«Cari ilin ilk iki ayında bizim fiskal orqanlar, yəni vergi və gömrük tərfəfindən proqnozlar artıqlamasıyla icra olunub. Vergi 180 milyon manat, Gömrük Komitəsi 74 milyon manat artıq vəsait toplayıb – ümumilikdə 254 milyon manat. Yəni bu vəsait dediyimiz 270 milyon manatın bir hissəsini örtür. Yəni burada müəyyən «yasdıq» yaradılıb. Yəni bu sahədən elə də ciddi təsir görmürük».
Maliyyə naziri bildirib ki, büdcənin 47%-i Neft Fondunun payına düşür. Fonddan büdcəyə transfertin xüsusi çəkisi 47% və ya 11 350 milyon manatdır: «Bu transfert tam həcmdə icra olunacaq, bununla bağlı problem olmayacaq. Çünki bu məbləğ həm gəlirləri təmin edir, həm də buradakı hərraclardan dollar satılır, nəticədə daxili valyuta bazarının tələbatı təmin edilir».
«Doğrudur, etiraf edək ki, Neft Fondunun gəlirləri neftin satışından yarınır yəni bu il nəzərdə tutulandan daha az olacaq. Amma qeyd edim ki, son illər ərzində Fondun aktivləri ardıcıl surətdə artırılıb.
Digər tərəfdən Neft Fondunun büdcəyə bu il nəzərdə tutulan transferin məbləği 6,5 milyard dollardır. Halbuki 2014-2015-dəki məbləğ bundan 2 dəfədən çox idi».