"İndiyə qədər SOCAR-ın müəssisə və təşkilatlarının balansında olan 2 000 hektardan artıq ərazi rekultivasiya edilib, həmin torpaqlarda yaşıllıqlar salınıb".
FED.az xəbər verir ki, bunu "İqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının rolu" beynəlxalq konfransda çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
Eləcə də bax: Hədəf SOCAR-ı transmilli şirkətə - ÇEVİRMƏKDİR
Onun sözlərinə görə, rekultivasiya edilən ərazilərdə Bakı Olimpiya Stadionu, Bakı Ali Neft Məktəbinin kampusu, Ekopark və başqa obyektlər inşa olunub.
"SOCAR həmçinin Dünya Bankı və BMT-nin “2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi” birgə təşəbbüsünə qoşulmuş ilk şirkətlərdən biridir. 2018-ci ildə Azərbaycanda bu göstərici 1%-ə, cari ildən isə bu rəqəm 0,9%-ə endirilib. 2012-ci ildən atmosferə atılan səmt qazının yığılması ilə bağlı 3 böyük layihə həyata keçirilib və nəticədə il ərzində 1 mlrd. kubmetr səmt qazı yığılaraq istehlak bazarına yönəldilib", - deyə R. Abdullayev qeyd edib.
O həmçinin bildirib ki, SOCAR mütəmadi olaraq birgə müəssisələrində və digər əməliyyat şirkətlərində atmosferə atılan qazların ümumi miqdarını nəzarətdə saxlayır və bu məqsədlə müvafiq monitorinqlər keçirir.