Rusiyanın Energetika Nazirliyi Azərbaycan, İran və Rusiya Federasiyasının elektrik enerji sistemlərinin birləşdirilməsi üzərində işləyir.
FED.az xəbər verir ki, bu barədə Rusiya Enerji Həftəsində RF Hökuməti sədrinin müavini Aleksandr Novak məlumat verib.
O qeyd edib ki, bu, üçtərəfli layihədir. Söhbət Rusiyanın cənubunda enerji kəsirinin ödənilməsindən deyil, lazım gələrsə, elektrik enerjisinin qarşılıqlı mübadiləsindən gedir.
Enerji hər iki istiqamətdə verilir. Elektrik enerjisi sisteminin eyni dərəcədə sinxron işləməsi, məsələn, Belarus və digər MDB ölkələri ilə də təmin edilib. (Azərtac)