Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
FED.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,43 ABŞ dolları və ya 0,62% azalaraq 69,3 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,73 ABŞ dolları idi.


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








