Ölkə üzrə bütün abonentlərin qaz limitləri yenilənib.
FED.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, qaz limitləri il dəyişəndə avtomatik olaraq yenilənir.
“Smart kart tipli sayğaclarda dekabrın 31-dən yanvarın 1-nə keçən gecə avtomatik yenilənmə gedir. Yanvarın 1-dən isə bütün ölkə üzrə qaz limitləri yenilənir və abonentlərin sərfiyyatı yeni limitlə ölçülür”,-deyə qurumdan əlavə olunub. (Trend)










