Koronavirus pandemiyası və onun iqtisadi təsirləri özünü ən çox neftin qiymətində göstərdi.
FED.az xatırladır ki, dünya bazarında neftin qiyməti ilin əvvəlindəki 60-70 dollardan Azərbaycan da daxil olmaqla, digər neft ölkələri üçün olduqca təhlükəli həddə 30-35 dollara endi. Bu vəziyyəti neft ölkələrinin böyük həcmdə, milyardlarla dollar vəsait itirməsi demək idi.
Ümumiyyətlə, neftin qiymətinin qeyri-sabit olması neft ölkələri üçün həmişəlik başağrısıdır. Dövlət büdcədə neftin qiymətini müəyyən həddə nəzərdə tutur, amma gələn il dünyada hər hansı gözlənilməyən hadisə baş verir və qiymətlər kəskin azalır. Neft ölkələri uzun illərdir bu problemi OPEK-in vasitəsilə, neft bazarına nəzarət etmək üsulu ilə həll etməyə çalışırlar. Amma son illər OPEK-də vəziyyətə lazımi səviyyədə nəzarət edə bilmir.
Amma dünya ölkələrindən biri bu fəlakətdən qorunmağı bacarıb. Söhbət Meksikadan və onun indiyədək hər il istifadə etdiyi üsuldan gedir. Bu neftin gələcək müqavilələr üzrə qiymətinin hec edilməsidir.
Neft bazarında fyuçers müqavilələri üzrə qiymətin hec edilməsi hələ 1986-cı ildən başlanıb. Həmin vaxt ilk dəfə olaraq Nyu-York Birjasında - NYMEX-də neftin fyuçers müqavilələri üzrə opsionların satışı başlanıb. Neft satan övə şirkətlər bu üsuldan istifadə etməklə özlərini gələcəkdə neftin qiymətinin kəskin ucuzlaşmasından qoruyurlar. Alıcılar isə əksinə, neftin baha qiymətindən sığoğrtalanırlar.
Söhbət ondan gedir ki, neft ölkəsçi ilin əvvəlində müəyyfən müddət üçün neftin qiymətini sabitiləyir, yəni bu müddət ərzində nepftin bazar qiymətinin necə dəyişməsindən asılı olmayaraq nefti əvvəlcədən dəqiqləşdirilmiş qiymətə satır. Məsələn Azərbaycan, ilin əvvəlində neftin qiymətini 60 dollar həcmində hec edir. Bu o deməkdir ki, neft hətta 35-40 dollara düşsə də, Azərbaycan öz neftini əvvəlcədən danışılan qiymətə, yəni 60 dollara satacaq və sair.
Təbii ki, bu əməliyyatın xidmət haqqı, hec xərci var və o yüksəkdir. Əslində bəzən satıcılar məhz yüksək xərc səbəbindən qiymətləri hec etmək istəmirlər. Amma bəzi hallarda, o cümlədən 2020-ci il kimi, qeyfri-adi dövrdə belə əməliyyatın faydasını görmək mümkündür.
Buna əyani misal – Meksikadır.
Meksikanın Mərkəzi Bankı hec bazarında fəal oyunçulardandır. Artıq neçə illərdir ki, bu ölkə özünü neft gəlirlərinin azalmasından qorumaq üçün neftin qiymətini demək olar hər il hec edirmiş. İlk belə əməliyyat 2009-cu ildə aparılıb. 2008-ci ildə dünya bazarında neftin qiyməti bir barel üçün 147 dollar olanda Meksika Mərkəzi Bankı 2009-cu il üçün qiyməti 70 dollar səviyyyəsində hec edib. Və nə qədər qəribə olsa da onun fayfdasını dərhal görüb. Məsələ bundadır ki, 2009-cu ildə neft kəskin ucuzlaşdı, amma bu hec əməliyyatına görə, Meksika Mərkəzi Bankı 6 milyard dollar kompensasiya aldı.
Oxşar hadisə 2015-ci ildə baş verdi. Həmin vaxt neft sürətlə ucuzlaşırdı və neft ölkələri gəlirləri kəskin azalması ilə üzləşmişdi. Yeri gəlmişkən, eyni günləri Azərbaycan da yaşayırdı və neftin qiyməti azaldığına görə 2015-də Azərbaycanda iki dəfə devalvasiya oldu, dolların məzənnəsi 78 qəpikdən 1,55 manata yüksəldi.
Amma həmin vaxt Meksika hökuməti bundan qətiyyən narahat olmurdu. Çünki ilin əvvəlində neftin qiymətini 49 dollardan hec etmişdi və nəticədə ilin sonunda 6,3 milyard dollar gəlir əldə etdi.
Yeri gəlmişkən, həmin vaxt bu əməliyyat Rusiyanın da diqqətini cəlb etmişdi və Rusiya maliyyə nazirliyi hec əməliyyatı barədə düşünməyə başlamışdı, amma sonradan qiymətlər yenidən artdı və Kremldə bunu lazımsız hesab etdilər.
Amma 2016-cı ildə vəziyyət yenidən təkrar olundu. Həmin il Səudiyyə Ərəbistanı ABŞ-dakı şist nefti ilə mübarizə aparmaq üçün qiymətləri kəskin ucuzlaşdırdı. Bu zaman neft ölkələri arasında yalnız ehtiyatlı Meksika hökuməti neftin ucuzlaşmasından 3 milyard dollar kompensasiya aldı.
Nəhayət, 2020-ci ilin əvvəlində Meksika hökuməti bəyan etdi ki, 2020-ci ildə neftin qiymətini 49 dollar səviyyəsində hec edib. Yəni il ərzində orta qiymət bundan aşağı düşərsə, Meksika kompensasiya alacaq. 2020-ci ildə neft bazarında baş verənləri nəzərə alanda Meksikanın uzaqgörənliyini qiymətləndirməmək mümkün deyil.
Bir qədər əvvəl Meksika prezidenti elan edib ki, ölkəsi neftin qiymətinin sabitlənməsindən 6 milyavrd dollar əldə edəcək.
«Biz Meksikanın Maliyyə nazirliyini qoruduq – deyə Mexikoda keçirilən mətbuat konfransında prezirdent bəyan edib. İndi biz nefti 49 dollara satırıq, Qiymətin hec edilməsi bizə 150 milyard peso (6,15 milyard dollar) gəlir gətirir. Ona görə də indi biz neftin ucuzlaşmasından zərərə düşmürük».
Başqa sözlə qiymətlərin hec edilməsi Meksikanı artıq 15 ilə yaxındır ki, neftin ucuzlaşmasından qoruyur.
Amma hec etmək ucuz məşğuliyyət deyil, hər il neftin ucuzlaşmasından qorunmaq təqribən 1 milyard dollara başa gəlir. Məsələn ötən il 250 milyon barel neft bu qiymətə sığorta edilib. Hərçənd, lazım olan vaxtı gəlirləri qoruduğunu nəzərə alanda bu əməliyyat öz xərcini tamamilə ödəyir.
Hazırda Meksika hökuməti neft alverçiləri arasında spekulyasiyalara yol verməmək üçün bu əməliyyyatın həcmini və neftin hansı şirkətlə hec edilməsini gizlədir. Əvvəllər isə bu əməliyyat üçün rəsmi Mexiko «Goldman Sachs Group» və «JPMorgan & Chase Co» şirkətlərinin xidmətlərindən istifadə edirdi.