Koronavirus pandemiyası və neftin qiymətinin kəskin azalması Azərbaycan iqtisadiyyatı, maliyyə sistemi və milli valyuta üçün yeni problemlər yarada bilər.
Eləcə də bax: Tramp bir açıqlamasıyla – NEFT BAZARINI ALT-ÜST ETDİ – SON QİYMƏT
FED.az xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) koronavirusun təsirinə həsr edilmiş yeni hesabatında (Asian Development Outlook 2020 Special Topic: The Impact of the Coronavirus Outbreak) bildiriir.
Hesabatda deyilir ki, virusun təsiri ilə büdcə kəsiri ÜDM-nin 3,4%-ə, Neft Fondunun Transferlərini nəzərə almadıqda isə 17,2%-ə çata bilər.
Bank bildirir ki, hökumət virusun iqtisadiyyata, əmək bazarına təsirini azaltmaq və biznesə dəstək üçün ilkin olaraq 1 milyard manat ayırıb.
İlkin pronozlara görə, Azərbaycan büdcəsi neftin 55 dollarlıq qiymətinə hesablanıb və ÜDM-nin 29,4%-i qədər planlaşdırılıb. Amma neftin ucuzlaşması nəticəsində faktiki gəlir daha az ola bilər. Hökumət planlaşdırırdı ki, bu il Neft Fondu 12,4 milyard dollar gəlir əldə edəcək və onun 91%-i xərclənəcək.
Bu il iqtisadi aktivliyin yüksək olmayacağı şəraitdə inflyasiyanın 2,5%, 2021-də isə 3,5% olacağı gözlənilir. Bu proqnozlar ərzaq məhsulların cüzi bahalaşmasını və sabit məzənnəni nəzərdə tutur.
Amma sosial xərclərin kəskin artımı, eləcə də minimum əmək haqqının artmasından sonra bütün ölkədə maaşların artımı əlavə inflyasiya təzyiqi yarada bilər.
Üstəlik, neftin qiymətinin bu səviyyədə uzun müddət qalması 2016-cı ildə olduğu kimi, məzənnənin dəyişməsinə və inflyasiya artımına səbəb ola bilər (qeyd edək ki, Azərbaycanda 2 devalvasiya 2-15-ci ildə olmuş, 2016-da isə dolların məzənnəsi tədricən artaraq 1,55 manatdan 1,7 manata yaxıqlaşmışdı). Buna baxmayar hələlik proqnoz inflyasiya 2-6% arasındadır.
Asiya İnkişaf Bankı xatırladır ki, Mərkəzi Bank uçot ərəcəsin yanvarda 7,25%-ə endirib. Gələcəkdə pul siyasəti yumşala bilər, bir şərtlə ki, məzənnə sabit qalsın.
Proqnoza görə, Mərkəzi Bank manata təzyiqi azaltmaq və məzənnəni qorumaq üçün depozit və istiqrazlar üzrə hərracları davam etdirəcək.
Öz növbəsində hökumət də qiymət artımına yol verməmək və qiymətləri baza inflyasiya çərçivəsində saxlamaq üçün üçün sərt inzibati nəzarət edəcək.