Dünya bazarlarında neft bahalaşıb.
FED.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin avqust müqaviləsinin dəyəri 0,56% və ya 0,38 dollar artaraq 1 barelə görə 68,11 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqust ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,57% və ya 0,37 dollar artaraq 1 barelə görə 65,61 ABŞ dollarına yüksəlib.