ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin iyul müqaviləsinin dəyəri 0,54% azalaraq 1 barelə görə 66,27 ABŞ dolları təşkil edib.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyun ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,49% azalaraq 63,36 ABŞ dollarına bərabər olub.