Dünya birjalarında neftin qiyməti azalıb.
FED.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,63 dollar azalaraq 71,06 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,48 dollar azalaraq 67,67 dollar təşkil edib.