Qlobal əmtəə bazarlarda neft bahalaşıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, NYMEX birjasında WTI markalı neftin iyun fyuçersləri 0,33 dollar və ya 0,34% artaraq 96,18 ABŞ dolları/barel səviyyəsinə yüksəlib.
ICE birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti isə 0,56 dollar və ya 0,53% artaraq 105,63 ABŞ dolları/barel olub.
Artımın əsas səbəbi kimi bazarda geosiyasi gərginliyin davam etməsi və təklif riskləri ilə bağlı narahatlıqlar göstərilir.













