Finlandiyada fəaliyyət göstərən Rusiyanın "LUKOİL" neft şirkətinə məxsus "Teboil" operatoru ölkədəki yanacaqdoldurma məntəqələrini (YDM) bağlamağa hazırlaşır.
“SOCAR Petroleum S.A” “Lukoil”in Rumıniyadakı aktivlərinin alınması məsələsinə aydınlıq gətirib
FED.az xəbər verir ki, bu barədə Qərb KİV-i məlumat yayıb.
Bildirilib ki, operator bu addımı ABŞ-nin sanksiyaları fonunda yanacaq çatışmazlığı səbəbindən atır.
Məlumata görə, "Teboil" ölkədə 430 yanacaqdoldurma məntəqəsinə sahibdir və bu da ümumilikdə 2250 məntəqənin təxminən beşdə birini təşkil edir.
"Yanacaqdoldurma məntəqələri yanacaq ehtiyatları tükəndikcə mərhələli şəkildə bağlanacaq", - KİV "Teboil"in bəyanatını sitat gətirib.
Finlandiyanın Nəqliyyat Nazirliyi məsələ ilə bağlı hələ ki şərh verməyib. (Report)










