İsrailin İranın nüvə obyektlərinə hücumundan sonra dünya bazarlarında neft kəskin bahalaşıb.
FED.az xəbər verir ki, dünya bazarında neftin 1 barelinin qiyməti 6 dollardan çox artıb.
Belə ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin avqust müqaviləsinin dəyəri 9,66% və ya 6,7 dollar artaraq 1 barelə görə 76 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyul ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 9,76% və ya 6,64 dollar artaraq 1 barelə görə 74,68 ABŞ dollarına yüksəlib. (Apa)