Beynəlxalq reytinq agentliyi «S&P Global Ratings» Azərbaycanın əsas elektrik enerjisi istehsalçısı olan «Azerenerji»nin reytinqini yüksəldib. FED.az şirkətə istinadən xəbər verir ki, şirkətin kredit reytinqi «-b»dən «b»yə qaldırılıb, proqnoz «sabit»dir.
Dövlət şirkəti «Kapitalbank»dan 180 MİLYON DOLLAR KREDİT ALIB
FED.az-ın məlumatına görə, «S&P Global»ın bununla bağlı açıqlamasında bildirilir ki, «Azerenerji»nin kredit qabiliyyəti və likvidliyi ilə bağlı göstəricilər agentliyin gözlədiyindən artı qolub, ona görə də şirket enerji operatorunun reytinqinə yenidən baxmağı qərar alıb.
Açıqlamada «Azerenerji»nin maliyyə durumu ilə bağlı müsbət və zəif məqamlar izah edilir.
Belə ki, bir tərəfdən agentlik qeyd edir ki, «Azergnerji»nin əhəmiyyətini nəzərə alanda şirkət dövlət tərəfinən möhkəm dəstək almaqda davam edəcək. Digər tərəfdən, agentliyin fikrincə, normativ-hüquqi bazanın zəif olması, pul axınları ilə bağlı qeyri-müəyyənlik, valyuta məzənnəsinin dəyişkənlik ehtimalı «Azerenerji»nin zəif cəhətlərindəndir.
«S&P Global» valyuta məzənnəsini «Azerenerji» üçün ona görə zəif məqam hesab edir ki, «Azerenerji»nin bütün gəlirləri manatda, borcları isə xarici valyutadadır.
Agentliyin fikrincə, enerji qiymətlərinin yüksək olması «Azerenerji»nin maliyyə vəziyyətinə müsbət təsir edir. Bunun nəticəsində şirkətin maliyyə vəziyyəti möhkəmlənib və əməliyat gəlirlərinin borca nisbəti 2024-cü ildə 30%-dən artıq olacaq. 2022-ci ildə bu göstərici 62,8%, 2023-cü ildə isə 38,8% olub . Agentliyin fikrincə, əməliyyat gəlirlərinin borca nisbətinin yüksək olması enerji qiymətinin artımı və enerjinin xaricə, xüsusilə də Türkiyəyə ixracının artması ilə bağlıdır.
Qax, Zaqatala, Balakən və Şəkini dolu vurdu – ƏKİN SAHƏLƏRİ VƏ MEYVƏ BAĞLARI ZƏRƏRDƏ
Agentlik hesab edir ki, son illər enerji böhranları və inflyasiya kommunal şirkətlər üçün problemə çevrilib. Amma "Azerenerji" Rusiya-Ukrayna müharibəsindən ciddi zərər görməyib. Əksinə, neft-qazın qiyməti artdığına görə, əslində bu prosesdən qazanc götürüb.
Agentlik hesab edir ki, qarşıdakı illərdə «Azerenerji»nin böyük kapital yatırımları planlarına, yəni xərclərinin artacağına baxmayaraq gəlirin borca nisbəti 30%-dən artıq olacaq.
«S&P Global» güman edir ki, 2024-2025-ci illərdə «Azerenerji»nin yatırımları 340-350 milyon manat olacaq, qeyd edək ki, bu rəqəm 2023-cü ildə 696 miilyon manat olmuşdu. Xərclərin azalması «Azerenerji»nin əlində sərbəst vəsaitlərin yaranmasına imkan verəcək. Şirkətin illik gəliri isə 110 milyon manat gözlənilir.
Agentlik qarşıdakı 2 ildə «Azerenerji»nin borclarının tədricən artaraq 1,2-1,3 milyard manata yüksələcəyini gözləyir. Bunun səbəbi «Azerenerji»nin yeni tikintilər üçün borc kağızları - istiqraz buraxması olacaq.
Belə ki, «Azerenerji» 2024-cü ildə ümumi gücü 80 meqavatt (MVt) olan 9 su elektrik stansiyası işə salmağa hazırlaşır.
Unibankdan müəllimlərə sərfəli kredit - FAİZİ AZALTDI, MƏBLƏĞİ ARTIRDI, MÜDDƏTİ UZATDI
Daha böyük layihə isə gücü v 1280 MVt olan yeni qaz-turbin qurğusunun tiknitisidir. Bu sahədə işlər planla gedir və qurğu ilin sonuna hazır olmalıdır. «Azerenerji» bu layihə üçün «KapitalBank»dan 6 il müddətinə 180 milyon dollar kredit alıb.
Bununla yanaşı, «Azerenerji»nin bəzi problemləri də var. Bunlar - tənzimləmə rejiminin zəif olması, xarici valyuta məzənnəsinin volatilliyi və onun borc portfelinə mümkün təsiridir. Yəni dolların məzənnəsi artsa, «Azerenerji»nin kredit portfeli manat ifadəsində böyüyəcək.
Digər bir zəif cəhət odur ki, ölkədə yaxın vaxtlarda enerjinin qiymətinin artması gözlənilmir. Xatırladaq ki, bu artım «Azerenerji»yə sərfəli olardı. Amma axırıncı dəfə enerji tarifləri 2021-ci ilin noyabrında 16% artırılıb, amma agentliyin fikrincə, bu qiymətlər «Azerenerji»nin əməliyyat məsrəflərini, o cümlədən tikinti xərclərini və borcların qaytarılması üçün xərcləri qarşılamaq üçün kifayət etmir. Eyni zamanda agentliyin fikrincə, hökumət sosial-siyasi səbəblər üzündən tarifləri yaxın vaxtlarda qaldırmaq niyyətində deyil. Məhz bu səbəbdən «S&P Global» öz hesabatında bildirir ki, Azərbaycandakı normativ-hüquqi baza «Azerenerji»ni dəstəkləmir.
Gələcəkdə enerjinin ötürülməsi üzrə tariflərin artırılması gözlənilir, amma bunun nə vaxt olacağı dəqiq məlum deyil: «Biz şirkətdən belə başa düşürük ki, tənzimləyici (yəni Tarif Şurası) enerjinin ötürülməsi tariflərinə yenidən baxmağı planlaşdırır, amma bunun nə vaxt olacağı qeyri-müəyyəndir»-deyə hesabatda bildirilir.
"Taksi qiymətləri bahalaşacaq, problem həll olunmayacaq" - ARAŞDIRMA
Bundan əlavə, “Azərenerji” üçün bəzi risklər var. Bunlar:
• Valyuta məzənnəsinin dəyişkənliyi (demək olar ki, bütün borclar xarici valyutada, demək olar ki, bütün gəlirlər manatla ifadə olunur);
• Şirkətin bütün vəsaitlərini saxladığı bank sistemi zəifdir;
• şirkətin dövriyyə kapitalında və ya kapitalda gözlənilən artımlar agentliyin gözlədiyindən daha artıqdır.
Lakin bu çatışmazlıqlar dövlət dəstəyi ilə kompensasiya edilir. Dövlət “Azərenerji”nin bütün borclarına zəmanət verir və ya onun sahibidir və kapitalın artırılmasını təmin edir.
«Vəziyyətin orta müddətdə davam edəcəyini gözləyirik. Bundan əlavə, şirkət tarixən kapitalın yeridilməsi, borclara xidmət ödənişləri, vergi güzəştləri və sıfır dividendlər daxil olmaqla, dövlət dəstəyinin geniş spektrindən faydalanmışdır. Biz başa düşürük ki, bu, “Azərenerji”nin Azərbaycan hökuməti üçün mühüm iqtisadi və sosial rolu ilə bağlıdır və tələb olunarsa, şirkət vaxtında və kifayət qədər fövqəladə dövlət dəstəyi alacaq»-deyə hesabatda bildirilir.
Agentlik «Azerenerji» üzrə mümkün ola bilən müsbət və mənfi ssenariləri, reytinqin aşağı salına biləcəyi və artırıla biləcəyi halları də açıqlayıb
Mənfi ssenari
Əgər agentlik Azərbaycan üzrə uzunmüddətli reytinqi aşağı salsa, “Azərenerji”nin də reytinqi endiriləcək. Çünki şirkətin reytinqi dövlətin reytinqindən artıq ola bilməz. Bundan əlavə, şirkətin gəlirləri azalsa, onun borca nisbəti aşağı düşsə və ya hökumət dəstəyi zəifləsə, reytinq aşağı salına bilər. Bu hala məsələn, səbəb ola bilər:
• Manatın əhəmiyyətli dərəcədə zəifləməsi;
• Hökumət zəmanəti olmayan yeni borclar (məsələn, iri kapital qoyuluşlarının maliyyələşdirilməsi üçün);
• “Azərenerji”yə dəstək üçün hökumətin öhdəliklərinin azaldılması;
• Şirkətin maliyyəsinə dövlət nəzarəti mexanizmlərində dəyişikliklər; və ya
• Azərenerji-nin gəlirliliyinə və ya borc yükünə təsir edən özəlləşdirmə və ya mənfi dövlət müdaxiləsi.
Müsbət ssenari
Agentlik bildirir ki, “Azərenerji”nin reytinqinin artırılması potensialı məhduddur. «Çünki biz artıq dövlət dəstəyini əhəmiyyətli dərəcədə artırmışıq və Azərenerji-nin SACP dörd pillə möhkəmlənsə belə, çox güman ki, “Azərenerji”nin və suveren reytinqlərini fərqləndirməyə davam edəcəyik. Suveren artım “Azərenerji”nin avtomatik yenilənməsinə səbəb olmayacaq».