FED.az xəbər verir ki, aşağıda yazılmış mətn Reddit saytında 4 il bundan öncə Luka Magnotta adlı istifadəçi tərəfindən dərc olunub. Daha sonra həmin istifadəçi bir də ortaya çıxmadı. Günümüzdə bu mətn barəsində müzakirələr kriptovalyutaların gələcəyi haqqında diskussiyalar zamanı aparılır.
Mən, sizdən fəaliyyətinizi dayandırmaq xahişi ilə gələcəkdən gəlmişəm. Bu müraciəti mən 2025-ci ildən göndərirəm. Burda vəziyyət bərbaddır və buna cavabdeh sizlərdən biridir. Əgər siz mənə inanmırsınızsa, onda mətni oxumağa davam etməyə bilərsiniz. Mən özümü adlandırdığım adam olduğum barədə edə biləcəyim sübut yoxdur. Sizin vaxtınızı almamaq üçün əsas məsələyə keçirəm. Hər il bitcoinin qiyməti ortalama olaraq 10 dəfə artırdı. 2010-cu ildən 0.1$-dan 2011-ci ildə 1$-a kimi, 2012-ci ildə 10$-a kimi, 2013-cü ildə isə 100$-a kimi yüksəlmişdir. Daha sonra temp biraz ləngidi və hər iki il ərzində onun qiyməti 10 dəfə yüksəldi.2015-ci ildə 1000$-a kimi, 2017-ci ildə 10.000$-a kimi, 2019-cu ildə 100.000$-a kimi, 2021-ci ildə isə milyon dollara kimi yüksəldi. Bu göstəricidən sonra bitcoinin dəyərini dollarla ölçmək mənasızlaşdı. Çünki artıq dollardan istifadə olunmurdu, mərkəzi banklar isə pul çap etmək fəaliyyətini dayandırmışdılar. Bugün zənginlik 2 əsas formada mövcuddur: Torpaq və kriptovalyuta. Dövriyyədə 9 milyondan bir qədər çox bitcoin var, bir neçə yüz min bitcoin həmişəlik itirilmiş və Yer kürəsində hələ də 7 milyard əhali yaşayır.
Ortalama hər bir insanın payına nəzəri olaraq 0.003 bitcoin düşür, reallıqda isə firavanlığın bərabər olmayan paylanması nəticəsində hər bir insanın payına 0.001 bitcoin düşür. Bəli bunu oxuyanlardan bir çoxları artıq varlıdırlar. Mənim qonşuluğumda xoşagəlməz bir şəxs yaşayırdı. 2 il bundan öncə o, Reddit saytındakı köhnə səhifəsinə daxil olaraq aşkar etdi ki, hələ 2013-cü ildə onun 16 yaşı olarkən o, kimisə homoseksual adlandırdığı üçün 0.001 bitcoin əldə etmişdir. Bunu aşkar edəndən sonra o, təyyarə bileti alaraq heç kimlə sağollaşmadan istinadgaha yollandı.
“İstinadgah nədir?” – deyə siz sual verə bilərsiniz. Bitcoinin qiyməti 1000$-a qalxandan sonra bitcoinə sahib olan varlıları və onların aktivlərini qorumaq üçün müxtəlif təhlükəsizlik xidmətləri yaranmağa başlandı. Hər şey seyflərdən başlandı, daha sonra cangüdənlər yarandı, bugün isə erkənlər (digərlərindən daha əvvəl kriptovalyutalar ilə məşğul olan insanlar) var.
Öz sərvətlərinin keçid dövrünü geridə qoya bilən varlı şəxslər istinadgahda yaşayırlar. Bu yerlər qalan dünyadan izolə olunmuş və yüksək səviyyədə robotlaşdırılmış yerlərdir. İstinadgahlardan çoxları bitcoin mining-i ilə məşğul olan maşınların qorunması üçün inşa edilən tikililərin yerində yaranmışdır. Məsələn sizin “ASICminer” kimi tanıdığınız şirkəti mən şəhər kimi tanıyıram.
Yaxın zamanda sizin də mövcud olacağınız mənim dünyamda hökumətlər öz varlığına son qoydular. Belə ki, bitcoinin anonim tranzaksiyası ucbatından hökümətlər vətəndaşlardan effektiv şəkildə vergiləri almağa davam edə bilmədilər. Bitcoinin uğuru əsasən ona görə müəyyənləşdi ki, o, var-dövləti hökumətdən effektiv şəkildə gizlətmək üsulunu təklif etdi.
Əgər bundan öncə Lüksemburq, Monako və Lixtenşteyn kimi separatçı ölkələrdə gizlənərək öz sərvətlərini dövlətin gözündən yayındırmaqda olan insanların yerlərini təyin etmək üçün onların ardınca dronlar göndərilirdisə, bitcoin vasitəsilə öz vəsaitlərini gizlətməyə başlanandan sonra hökümətlər buna cavab üsulu tapa bilmədilər.
Mənim olduğum müasir cəmiyyətdə bu oyunda qalmaq üçün hökumətlər bitcoinləri almağa başladılar. Lakin bu üsul vəziyyəti daha da qəlizləşdirdi. Belə ki, nəticədə bitcoinin qiyməti daha da qalxdı. Təbii ki, hökumətlər bunu gizli şəkildə edirdilər. Mənim dövrümün “Snowden”ləri isə sadəcə olaraq acgöz dövlət işçiləri idi. Onlar bitcoinləri öz şəxsi hesablarına keçirtdilər və pul ödədiyin təqdirdə sənə suallar verilməyən anarxist ərazilərdə yox oldular. Bitcoinin var olan böyük aktivləri bugün 4 əsas hissəyə aiddir:
- ASICminer: 50.000 bitcoin
- Valyutanın stabilizasiya fondu: 70.000 bitcoin
- Səudiyyə Ərəbistan hökuməti: 110.000 bitcoin
- Şimali Koreya hökuməti: 180.000 bitcoin
İqtisadi artım ildə 2% təşkil edir. Nəyə görə belə? Çünki əgər siz 0.01 bitcoindən çoxuna sahibsinizə, deməli siz böyük ehtimalla öz pullarınızla heçnə etmirsiniz. İnflyasiya olmadığından nəyəsə investisiya yatırmaq stimulu da yoxdur. Orta əsrlərdə rifahın vəziyyəti qızılın olması ilə ölçüldüyü üçün ciddi iqtisadi artım olmadığı kimi bizim cəmiyyətimizdə də iqtisadi artım yoxdur. Çünki insanlar bilirlər ki, 0.01 bitcoin onların ömürlərinin sonuna kimi kifayət edəcək.
Dünyanı kollapsdan qoruyan əsas məsələ isə yeni bitcoinlərin yaranmasıdır. Lakin insanlar qorxurlar ki, növbəti halving prosesi zamanı inflyasiyanın yeni enişi bizim iqtisadiyyatımızın çöküşünə səbəb olacaq. Winklevoss əkiz qardaşlarının aqibəti nə oldu? Əkiz qardaşlar məhv olan ilklərdən oldular. Cəmiyyətin strukturu parçalanmağa başlayan zaman bitcoinin böyük sahiblərini və kriptovalyutanın inkişafında hansısa üsulla əlaqəsi olan şəxsləri izləyərək məhv edən terror qruplaşmaları yarandı. Paradoksal səslənsə də öz əməliyyatlarının maliyyələşdirilməsi üçün terrorçular bitcoinlərdən istifadə edirdilər.
Yüksək miqdarda bitcoinə sahib olan insanlar öz dostları və ailə üzvləri ilə əlaqələri kəsmişdilər. Belə ki, onlar öz şəxsiyyətlərini dəyişdirməli oldular. Hökumətlərin bitcoinləri almaları xəbərləri barəsində şaiyələrin yaranmasından sonra da bitcoinin məhv olmasını gözləyən skeptik insanlarla nə baş verdiyini görən bəzi insanlar isə suiqəsd edərək öz həyatlarına son qoydular. Bir çox bitcoin sahibləri girov kimi saxlanılırdı və belə bir güman var ki, həmin bitcoin varlıları məhz oğurlanmış insanlara işgəncə verərək onların şifrələrini oğurlayan insanlardır. Nəyə görə biz bitcoindən imtina etməyərək digər sistemə keçmədik?
Biz çalışdıq. Biz inflyasiya kriptovalyutasına keçməyə çalışdıq. Lakin IQ göstəricisi 70-dən yuxarı olan heç kim onlardan istifadə etmək istəmədi. Sizin sərvətinizin mütəmadi olaraq azalacağı bir kriptovalyutaya könüllü şəkildə pul yatırmaq nəyə lazımdır? Bitcoinə uğur qazandıran özəllik həmçinin cəmiyyət üçün təhlükə yaratdı. Bitcoin bizlərə acgözlük günahına batmağa imkan verdi. Afrikadakı insanlar arasında aparılmış sorğu məlumatlarına əsasən 70% insan hesab edir ki, bitcoini şeytan yaradıb.
Afrikalılar üçün bu hələ də ağır mövzudur və onu yada salan zaman onlar bu mövzunu böyük faciə adlandırırlar. Afrika İttifaqı öz vətəndaşlarının bitcoinə keçidi üçün sivil plana sahib idi. Belə ki, ittifaq vətəndaşlara unikal dövlət identifikatorları ilə əlaqəli olan pulsuz mobil telefonlar paylamışdı. Beləliklə kriptovalyutanın iqtisadiyyata inteqrasiyası baş verəcəkdi. İlk başlarda hər şey yaxşı gedirdi. Lakin sonradan faciə baş verdi.
Güman ki, Rusiya Federasiyasından olan kriminal təşkilat dövlət tərəfindən pulsuz paylanmış mobil telefonların sistem boşluqlarından istifadə edərək 48 saat ərzində Afrika qitəsinin 60% əmanətinə sahib oldu. Bu hadisədən sonra vətəndaş müharibəsi dövrü başladı. Həmin müharibə və xaosa yalnız Səudiyyə Ərəbistan və Şimali Koreya son qoydu. Bu iki ölkə bitcoin problemini avtoritar siyasət vasitəsilə həll etdi. Afrikanı öz aralarında bölən bu ölkələri yerli vətəndaşlar günümüzədək tərifləyirlər.
Bizim planımızın nədən ibarət olduğunu bilmək istəyirsiniz? Görünür, dünyada olan hazırki vəziyyəti nüvə müharibəsiz həll etmək qeyri-mümkündür. Mən, internetin öz infrastrukturuna qarşı koordinasiyalı hücum hazırlayan gizli şəbəkəyə daxil oluram. Biz 20 ədəd sualtı nüvə qayıqlarının idarəetməsinə sahibik. Onların vasitəsilə biz qitələrarası sualtı kabellərə zərər vuracağıq. Bundan sonra biz eyni anda bütün dünyada olan sıx yaşayış ərazilərini impuls nüvə silahları ilə vuracağıq. Biz inanırıq ki, nəticədə yaranacaq xaos sayəsində insanlar ayağa qalxacaq. Biz, bitcoinin öz dəyərini itirənə kimi bütün kompüterləri məhv edəcəyik.
@insider