Yüksək texnologiya (high-tech) enerji inqilabı
BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası beynəlxalq ekspertlər qrupunun son hesabatı elə də ürəkaçmayan nəticələr göstərmişdir. Qlobal elmi cəmiyyəti bu məsələ ilə bağlı bütün dünya dövlətlərinə səs-küylü müraciət də etmişdi. Həmin müraciətdə deyilirdi ki, hər bir dövlət parnik qaz tullantılarını azaltmalı və bu məsələyə ciddi yanaşmağa başlamalıdır, çünki heç bir tədbir görülməzsə, çirklənmənin həddi 2050-ci ilədək 40%-dən 50%-ədək qalxacaqdır.
Aşağıda bizim gələcəyimizi işıqlandıracaq aparıcı innovasiyaların qısa təsviri verilmişdir:

- Karbonun əldə edilməsi və sekvestrasiyası
Bunun elektroenerji istehsal edən texnologiya olmamasına baxmayaraq, karbonun əldə edilməsi və sekvestrasiyası elə bir texnologiyadır ki, yeraltı rezervuarlarda saxlanılması üçün elektrik stansiyalarından karbonun yuyulub çıxarılmasına imkan yaradacaq və nəticədə uzun illər sınaqdan keçirilib, səhvlər aradan qaldırıldıqdan sonra öz mükəmməl şəklini almış olacaqdır.
Məlumdur ki, əsas mənbə karbon tullantılarını istehsal edən bioyanacaq kütləsi olacaqdır ki, buna görə də orqanik yanacaq karbonu yanacağa çevrilməzdən əvvəl havadan çıxaracaqdır.

- NextGen nüvə enerjisi
2011-ci ildə Yaponiyaya təsir edən güclü zəlzələdən sonra nüvə sənayesi Fukişima nüvə stansiyasındakı qəzadan bəri daha təhlükəsiz texnoloji həllər üzərində çalışır.
Əsas mahiyyəti isə ondan ibarətdir ki, dənizdə də neft-qaz sənayesində artıq istifadə edilən üzən su platformalarına bənzər nüvə reaktorları yaratmaqdır. Nəzəri baxımdan, onlar hətta 5-ci kateqoriyadan olan qasırğaya belə davam gətirməlidirlər. Bundan əlavə, bu reaktorlar platformadan qat-qat aşağıda yerləşdirilə biləcəklərinə görə onların enerjisi tükəndikdə sərin saxlanmaları üçün dəniz suyu yaxşı təminat olacaqdır.

- Nüvə sintezi
Ekoloji baxımdan təmiz enerji nəslinin ən ümdə və “müqəddəs” mənbəyi nüvə sintezi sayıla bilər. Bu sintez təhlükəli nüvə tullantıları istehsal etməyən məhdudiyyətsiz sayda karbonsuz güc vəd edir. Bu ərinti reaktorları ətraf mühit xərcləri tələb etməyən çoxlu sayda enerji təchiz edə bilər.
Oktyabr ayında tədqiqatçılar traktor tipli treylerə yerləşə bilən və 100 meqavatt güc verən kiçik ərinti reaktorunun dizaynını işləyib hazırlamışlar. Bunu hazırlayan şirkət ümid edir ki, 5 ildən sonra işləyən prototipə və onillik ərzində isə bunların kommersiya versiyasına malik olacaqdır.

- Ofşor (dəniz) küləyi
Külək enerjisi 25 ildən sonra kütləvi şəkildə qəbul olunan enerji mənbəyinə çevrilməyi vəd edir. Külək mühərrikləri də hərəkətli şəkildə sahilyanı ərazidən məsafədə hərəkət edəcəkdir, Danimarka kimi ölkələr artıq bütün dünyaya külək enerjisinin nə dərəcədə səmərəli olduğunu göstərmişdir. Külək enerjisi artıq dünya ölkələrinin üçdə bir hissəsini təmin edir və 2020-ci ilə qədər bunun dünya ölkələrinin 50%-ni təmin edəcəyi gözlənilir.
- Geotermik metod
Geotermik enerjinin çox sürətlə artması gözlənilir, çünki alimlər yer qabığından çox çox aşağıdakı dərinliklərdə enerjinin aşkarlanması üzrə kommersiya baxımından həyati metodu tapırlar.
İslandiyada çox isti su və maqma çöküntülərinə çata bilmək üçün düz vulkanların içinə doğru deşərək bir neçə il təcrübələr aparılırdı. Məqsəd isə növbəti onilliyə aparıla biləcək daha öncül və mükəmməl texnologiyalar işləyib hazırlamaqdan ibarət idi.
Əgər həmin araşdırmalar bəhrəsini verərsə və uğurlu alınarsa, o zaman tezliklə bütün dünyada hazırdakı geotermik vasitələrlə müqayisədə 10 dəfə artıq enerji istehsal edən nisbətən daha isti geotermal resursları aşkarlamaq mümkün olacaqdır. Bəlkə bir gün hətta sahildən kənar ərazidə belə geotermal quyuların qazılması da mümkün olacaqdır.

- Kosmik texnologiyalar
Kosmik əsaslı enerji texnologiyaları, məsələn: yer kürəsindəki yanacaq hücrələrini/elementlərinə güc verməkdən ötrü aydan hidrogenin toplanması, ya da daimi birbaşa günəş işığını udan və yerdə enerjini radio və ya mikrodalğalar vasitəsilə stansiyalara geri ötürən orbital günəş batareyaları kimi texnologiyalar hazırda elmi fafantastika sahəsində tərəddüdsüz şəkildə qalır.
Həm NASA, həm də amerika hərbi dəniz qüvvələrinin elmi-araşdırmalar laboratoriyasında artıq 25 il bundan sonra kommersiyalaşdırıla bilən texnologiyaya investisiya qoyuluşu edirlər.
Solaren, cənubi Kaliforniyadan olan Solaren adlı yeni şirkət onilliyin sonuna qədər kosmosdakı günəş enerjisinə əsaslanmaqla Sakit okean ərazisinə qaz və elektrik təchizatını təmin edəcəyi barədə razılıq imzalamışdır. Bu prosesi izləyəcəyik.

- Günəşdən alınan yanacaq
Uzun müddətli bir dövr ərzində benzin kimi saxlanıla biləcək günəş işığını, su və karbon dioksidi faydalı kimyəvi enerjiyə çevirmək ideyası hər zaman alimləri cəlb edən bir hədəf nöqtəsi olmuşdur.
Günəş yanacağı atmosferdən alınan karbon dioksid yığınından və həmin molekullardan karbon atomlarının bölünməsindən ibarətdi. Daha sonra sudan hidrogen atomları ayrılır və siz həmin ayrılan karbon və hidrogenlərdən hidrokarbonlar yaratmaq üçün istifadə edirsiniz. Bunlar hazırda istifadə edilən tükənən yanacağın tərkibini təşkil edən eyni qruplardır. Tədqiqatçılar bu kimyəvi reaksiyaların günəş enerjisindən katalizator qismində istifadə edərək işləməsi üsulunu tapa bilsələr, o zaman günəş enerjisini energetik mühitə çevirmək imkanına malik olacaqlar və bu zaman karbon dioksid faydalı kimyəvi yanacağa çevrilərək yenidən təkrar emal edilə biləcəkdir.
Elm hələ də kəşflərin ən pik nöqtəsinə çatmamışdır, lakin Harvardın Nocera Lab laboratoriyası, MIT-in Grossman Group şirkəti və Şimali Karolina Universitetinin Sərhədyanı Elmi-araşdırmalar Mərkəzi artıq ötən onillikdə çox böyük uğurlar qazanmışdılar.
Mənbə: www.cnbc.com