Demək olar ki, hamımız “sutkada kifayət qədər saat yoxdur” kimi ifadələrə rast gəlmişik və bəzən özümüz də belə düşünürük. Düşünürük ki, sutkada daha çox saat olsa, işlərimizi vaxtında görə bilərik-bütün bunlar yalnız bizim düşüncələrimizə görədir. Belə düşünməyimizə səbəb vaxt çatışmazlığı deyil, bu cür fikrə gətirib çıxaran düşüncə tərzidir. Sizi belə düşünməyə vadar edən 7 elmi səbəb aşağıdakılardır:
1. Yuxudan səhər tezdən durmursunuz.
Bütün dünyanı “9-dan 5-ə” qrafiki idarə edir. Nəticədə, səhər vaxtını sevən insanlar günün sonuna yaxın daha çox iş görmüş olurlar. Bu, o demək deyil ki, gecə vaxtına üstünlük verənlər onlardan passivdir. Əslində, araşdırmalar göstərir ki, gecə vaxtını sevən insanlar səhərlər daha aktiv olanlar kimi məhsuldar işləyə bilərlər. Sadəcə, gecə insanları səhərləri sevmədiyindən səhərlər işə səhər insanları kimi enerjili başlaya bilmir. Əgər siz özünüzü gecə insanı hesab edirsinizsə, çalışın ki, səhərlər daha tez durub yeni işlər görə biləsiniz.
2. Bir neçə işi eyni vaxtda görürsünüz.
Çox az sayda insanlar bu işdə bacarıqlıdır. İki işi eyni vaxtda görməyə çalışdıqda siz hər iş üçün olan məhsuldarlığınızı azaldır və nəticə etibarilə hər ikisini yerinə yetirmək üçün daha çox vaxt sərf etməli olursunuz. Bir çox insanlar özlərini bu işdə uğurlu sayır və bunla da vaxta qənaət etdiklərini düşünürlər, amma əslində, hər iş üçün lazım olandan daha çox vaxt sərf edir və günün sonunda sutkada saatların çatmadığını düşünürlər.
3. Vaxtınızı düzgün idarə etmirsiniz.
Vaxtı idarə etməyi öyrənmək bu işdə daha mükəmməl olmağa gətirib çıxarır. Vaxtınızı idarə etməyə daha çox səy göstərdikcə bunda daha uğurlu olacaqsınız. İlk baxışda sadə görünsə də, bunu daima etdiyiniz təqdirdə vaxtınızı daha mükəmməl idarə edəcəksiniz. Məsələn, əgər əvvəllər bir-iki dəfə gitarada ifa etmisinizsə və illərlər gitaraya yaxınlaşmamısınızsa, indi gitarda ifa etmək sizə çətin gələcək. Ona görə vərdişləri daima məşq elətdirmək lazımdır. Vaxtın idarə edilməsi də belədir.
4. Kifayət qədər istirahət etmirsiniz.
Elmi araşdırmalar göstərir ki, kifayət qədər yatmamaq vərdişi sizin məhsuldarlığınıza olduqca güclü təsir edir. Qisaca desək, əgər kifayət qədər yatmasanız, siz adi işi görmək üçün normal halda sərf etdiyiniz vaxtdan daha çox vaxt sərf etməli olacaqsınız. Bu halda qəhvə kimi enerji artıran vasitələr də kömək etməyəcək. Təbii ki, bu halda, yeni normal haldan daha ləng çalışanda, sutka ərzində vaxt çatışmazlığı hissini yaşayacaqsınız.
5. Hər şeyi vaxtında etmək üçün həddindən artıq narahat olmaq.
Qərb mədəniyyətində insanlar vaxt məsələsinə xüsusilə həssas yanaşırlar. İşə eyni vaxtda başlayır, eyni vaxtda bitirir, hər bir fəaliyyəti vaxtında etmək üçün daima saata baxırlar. Hər şeyi tam vaxtında görmək kimi gözləntilər sizi məyusluğa gətirə bilər- hər şeyi planlaşdırdığınız dəqiqədə görmək üçün narahat olmağa dəyməz.
6. Pessimistliyə meyllisiniz.
Pozitiv və ya neqativ düşünməyimiz bizim məhsuldarlığımıza olduqca güclü təsir edir. Gün ərzində “bu gün görüləsi həddindən artıq çox işim var”, “ vaxtım çatmayacaq” tipli fikirlər sizdə neqativ hisslərin daha da artmasına gətirib çıxarır. Çalışın neqativ fikirləri bir tərəfə qoyub gün ərzində baş verən xoş hadisələrə fikrinizi yönəldəsiniz.
7. İşə həddindən artıq çox qapılmağınız.
İlk baxışda bu, yaxşı görünür. İnsanın gördüyü iş ona maraqlı gələndə o, özünü rahat hiss edir və bütün diqqət və enerjisini işə sərf etməyə hazır olur. Lakin işə həddindən artıq bağlılıq da vaxtın çatmadığı kimi fikirlərə gətirib çıxarır.
Gələn dəfə vaxtın yetmədiyini hiss etsəniz, düşünün ki, vaxt sizin tam olaraq idarəniz altında saxlaya biləcəyiniz şey deyil və çalışın fikrinizi idarə edə biləcəyiniz məsələlərə yönəldəsiniz. Bundan əlavə, çalışın ki, işlərin tez görülməsinə yox, sadəcə görülməsinə çalışasınız.