Xəbər verildiyi kimi, dekabrın 5-dən etibarən mətbuatda «Dizelin ucuz olması Azərbaycana zərər vurur» - mesajı ilə məlumat yayılmağa başlayıb.
Eləcə də bax: «Dizelin ucuz olması Azərbaycana zərər vurur» - MESAJI İLƏ MƏLUMAT YAYILMAĞA BAŞLADI
FED.az xəbər verir ki, bu məlumatlarda mənbəyi göstərilməyən iddialara istinadən ölkədən dizel qaçaqmalçılığının artdığı və guya bunun nəticəsində ölkədən leqal dizel ixracının azaldığı bildirilir. FED.az yazır ki, burada məlumatlarda ixracın azalması – ölkənin itirdiyi məbləğlər statistik məlumatlarla əsaslandırılır. Bildirilir ki, Gürcüstan Azərbaycandan dizel idxalını azaldıb və bunun da səbəbi dizel qaçaqmalçılığıdır.
Bundan başqa, məlumatlarda xüsusi vurğulanır ki, Azərbaycanda dizel yanacağının qiyməti Rusiyakı qiymətdən 2 dəfə, Gürcüstandan 3 dəfə, Türkiyə və Ukraynadan isə 4 dəfə bahadır. Bununla yanaşı, həmin məlumatda Azərbaycanla kifayət qədər sıx nəqliyyat əlaqələrinə malik olan İranda dizelin Azərbaycandan 2 dəfə ucuz olduğu barədə heç nə deyilmir.
Enerji məsələləri üzrə ekspert İlham Şaban bu məlumata münasibətini açıqlayıb. FED.az xəbər verir ki, ekspert yazır:
Dizeli qaldıraq ki, camaat dizel maşın daha sürməsin...
Hökumət 10 il sonraya bu sahəyə BAXIŞLARINI açıqlamalıdır, diskussiyalar keçirməlidir, yoxsa vətəndaş kapital qoyuluşu (Capex) edir və bir müddət sonra OYUN qaydaları dəyişir..
İnvestisiya mühiti BURDAN başlayır..
Baxdım mətbuatada dizelin qiymətinin artımı ilə yazılara... biri biri ilə uyğunlaşması mümükün olmayan göstəriciləri İSTEHLAKÇILARA göstərməklə qiymət artımına HAQQ qazandırmaq istəyirlər. Məsələn, qeyd edirlər ki, Azərbaycanın istehsal etdiyi dizel Rusiya və Gürcüstandan xeyli ucuz olduğundan qaçaqmalçılıq halları çoxalıb.
Əvvala, oradakı Avro-5 keyfiyyətində olan dizel H.Əliyev adına zavodun Avro-2 standartlı qiyməti ilə eyni ola bilməz. Mən hələ yayda çıxış edib demişdim ki, 2021-ci ildə Avro-5 standartında Azərbaycanın istehsal edəcəyi dizel Ai-93 benzinindən qiymət baxımından az fərqlənəcək və Ai-93 isə daha 90 qəpiyə satılmayacaq, çünki Avro-5 standartlı benzinin maya dəyəri daha yüksəkdir.
Gürcüstanla qonşu kənddə yaşayanlar necə olur ki, ordan bura 10 dənədən artıq banan keçirə bilmirlər, ancaq bu yazı sahibləri iddia edirlər ki, hərə maşınına 3 tonluq bir çən quraşdırıb qaçaqmalçılıqla dizel daşıyır? Onda qaçaqmalçılıq elə sadədirsə, camaat 10 dəfə yanacaq ucuz olan vaxtda İrandan ölkəmizin yanacağa olan bütün ehtiyacını daşıyıb tökərdilər də?
İkinci əsaslandırılmamış arqument - isbat etmək istəyirlər ki, Gürcüstan iqtisadiyyatı inkişaf edir, ancaq dizel istehlakı artmır, deməli Azərbaycandan olan qaçaqmalçılıq hesabına baş verir. Bu materialı yazanlar açıb bir EuroStat-ın məlumatlarını sadəcə vərəqləsəydilər, görərdilər ki, Avropada sənayenin, avtomonillərin və insanların həyat səviyyəsinin artmasına baxmayaraq, neft məhsulları istehlakı son 20 İLDƏ faktiki artmayıb. Nəyin hesabına? Energy SAVİNG - enerjidən səmərəli istifadə və innovativ texnologiyalatın tətbiqi hesabına. Gürcüstanda ona görə dizel istehlakı azalmağa başlayıb ki, orada 2015-ci ildən HYBRİD, son illər isə elekromobillərin istifadəsi çoxalıb. Avropanın bir çox ölkələri dizel yanacağını ekoloji məsələlərlə bağlı iri şəhərlərdə 2020-ci ildən və sonrakı dövrdən qadağan edirlər.
Buna görə də onlar avtomonillərinin bir qismini Gürcüstana export edir. Gürcüstan vətəndaşları isə özlərinin 10 il bə daha çox yaşı olan bu tip avtomobillərini bəzəyib-düzəyib Azərbaycana satırlar. Gürcüstanlıların istifadə etdikləri dizel avtomobilləri əsasən bu onilliyindir və daha qənaətcil texnolohiyalara əsaslanıb. Keyfiyyət parametrləri fərqlidir.
Ona görə də Gürcüstanda EuroDiesel görərsiniz, ancaq varlı Azərbaycanda bunu seyr etməzsiniz? Niyə? Çünki bizə AVTOXLAM deyilən bir şey satılır- gedin Yasamal Avtobazarına və görün 2006-2010 arası nə qədər dizel maşınları var. Hökumətin də heç nə vecinə deyil - həmin avtoxlamdan maşının dəyəri qədər az qala RÜSUM alır.. Gəliri var deyə, ona xoşdur. Amma...
İqlim dəyişmələri ilə bağlı noyabrda Bakıda keçirilən konfransda AR Ekologiya naziri Muxtar Babayev bildirdi ki, atmosferin Bakıda çirkləndirilməsinin 85%-i avtonəqliyyatın payına düşür. Buna görə yancağın qiymətinin qaldırılması çıxış yolu deyil, hesab edirəm ki, Azərbaycana yaşı 5-dən yuxarı bütün avtonəqliyyat vasitələrinin idxalı qadağan edilməli, 0 “sıfır” gedişli 2.0 at gücündən (o cümlədən YAŞIL texnologiya tələbinə cavab verən - yəni zavodskoy CNG mühərrikli) aşağı avtomonillərin satışı zamanı onlar bütün gömrük rüsumlarından azad olunmalıdır. Avtoparkın yenilənməsi başqa cür nə mümkündür, xaricdən avtoxlamın idxalının qarşısını almaq isə əks halda müşkül məsələdir.