Dünyanın ikinci ən böyük enerji istehlakçısı olan Çin, koronavirusun yayılması zamanı neft qiymətlərini fürsətə çevirib.
Eləcə də bax: BP: Azərbaycanda kəşfiyyat işlərini - DAVAM ETDİRİRİK
FED.az xəbər verir ki, ölkədə şimal sahilindəki dəniz tankerlərində dünyanın gündəlik tələbatının dörddə üç hissəsinə cavab verən 73 milyon barel neft var.
Xatırladaq ki, korona virusunun yayılması zamanı neft qiymətləri tarixdəki ən aşağı səviyyəni gördü, bu dövr neft ölkələri üçün böyük çətinlik olsa da, Çin bu vəziyyətdən maksimum istifadə edib.
Okean və dənizdə nəqliyyatın hərəkətini izləyən «ClipperData»ya əsasən, Çinin şimal sahillərində dənizdə 59 tanker gözləyir. Tankerlər o qədər çoxdur ki, bölgədəki nəqliyyatın hərəkətinə də mane olur. Təxmini hesablamalara görə, Çin neftin ucuz qiymətində 73 milyon barel xam neft aldı və hazırda onu tankerlərdə saxlayır. Bu dünyanın neft olan gündəlik tələbatının 4-də 3-ü qədərdir və mart-0aprel aylarında alınıb. Nəticədə indi içəində neft olan və anbar kimi istifadə edilən tankerlərin sayı 7 dəfə artıb.
ClipperData analitiki Matt Smith, «Çin enerji bazarında bazarlıq ovundadır! Qlobal alış-veriş edir. Digər ölkələr də aşağı qiymətlərdən yararlanmağa çalışdılar, lakin Çinin dəli kimi alış-verişi 'cırtdan' kimi ticarətlərini buraxdı»- yazır.
Bir gündə 11,3 milyon barel
Çinin alış-verişi neft qiymətlərinin bərpa olunmasının əsas səbəblərindən biri idi. «S&P Global Platts» şirkətinin məlumatlarına görə, may ayında Çində neft idxalı korona virusu epidemiyasına baxmayaraq keçən ilə nisbətən 19 faiz artaraq gündə 11,3 milyon barelə çatıb. Neft qiymətlərinin tədricən qalxmasından sonra isə Çinin alışları ləngimiəyə başlayıb.