İstilik və isti su təchizatı xidmətlərinin dayandırılması hallarına dair tələblər müəyyənləşib.
Qaz, su və elektrik sistemlərinə qanunsuz qoşulmaya görə - CİNAYƏT İŞİ AÇILACAQ
FED.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi “İstilik enerjisindən istifadə qaydaları”nda əksini tapıb.
Qaydaya əsasən, müəssisə istilik və isti su təchizatı xidmətlərini aşağıdakı hallarda dayandırır:
- istehlakçının müvafiq yazılı müraciəti (istilik və isti su təchizatı xidmətlərinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
- müəssisənin istehlakçıya göstərdiyi istilik və isti su təchizatı xidmətlərinin hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait bir ay müddətində tam məbləğdə ödənilmədikdə;
- müəssisə ilə müvafiq müqavilə bağlanmadıqda;
- istehlakçıya məxsus olan və ölçüləri istilik təchizatı sisteminin layihəsi ilə müəyyən edilmiş qızdırıcı cihazlara əlavə hissələrin quraşdırılması, istilik sistemlərində istilik daşıyıcılarından təyinatından kənar istifadə (sistemdən və qızdırıcı cihazlardan suyun boşaldılması) halları aşkar edildikdə;
- təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;
- məhkəmənin qərarı ilə və dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların göstərişi əsasında dayandırır.
Aşağıdakı hallara yol verilməsi qadağan edilir:
- İstehlakçıya məxsus olan və ölçüləri istilik təchizatı sisteminin layihəsi ilə müəyyən edilmiş qızdırıcı cihazlara əlavə hissələrin quraşdırılması;
- istilik sistemlərində istilik daşıyıcılarından təyinatından kənar istifadə (sistemdən və qızdırıcı cihazlardan suyun boşaldılması) edilməsi.