ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2023-ci ilin sentyabr müqaviləsinin dəyəri 0.11% artaraq 1 barelə görə 79.72 dollar təşkil edib.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqust ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0.12% azalaraq, 75.66 dollar təşkil edib.