Britaniyanın BP şirkəti İraqın Kərkük şəhərində neft və qaz yataqlarının işlənməsi layihələrinə 25 milyard dollara qədər sərmayə qoyacaq.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Müqaviləyə əsasən, bu yataqda neft hasilatı sutkada 328 min barel olacaq.
İlkin mərhələdə neftin daşınması üçün Kərkük-Ceyhan neft kəməri ilə tədarükün bərpası nəzərdə tutulur. Kərkük yataqlarını Türkiyə ilə birləşdirən ən böyük neft kəmərinin uzunluğu 970 km-dir.