Son vaxtlara qədər dünyanın ən güclü şirkəti olaraq göstərilən “Exxon Mobil” hazırda çöküş yaşayır. Enerji nəhəngi ABŞ siyasətində o qədər təsirli bir lobbiyə sahib idi ki, direktorlar şurasındakı adamlar qurulan hökumətlərdə nazir vəzifələri tuturdu.
Eləcə də bax: ABŞ iqtisadiyyatı - 30 %-DƏN ÇOX KİÇİLİB
FED.az xəbər verir ki, buna son nümunə Rex Tillerson idi. 1975-ci ildən “Exxon”da çalışan və 2006-cı ildə şirkətin sədri olan Tillerson Trampın kabinetində yer almışdı. Rex Tillerson 1 fevral 2017-ci il tarixində Senatın təsdiqi ilə ABŞ Dövlət katibi oldu və bu vəzifədə 2 il qalmışdı.
“Exxon Mobil” şirkətinin adı ABŞ-ın İraqı ikinci işğalından sonra ard-arda neft sövdələşmələri ilə tez-tez xəbər bülletenlərini bəzəyirdi. O dövrdə ABŞ Dövlət katibi olan Condoleezza Rice Tillersonu Trampa təklif etmişdi.
2012-ci ildə “Fortune 500”ün zirvəsində idi
Müstətil bir imperatorluğa çevrilən “Exxon” şirkətinin vəziyyəti son illərdə heç də yaxşı deyil. Dünyada artan təmiz enerji trendi neft nəhənginin işlərinə təsir etməyə başlayıb.
Şirkət 2012-ci ildən bəri “Fortune 500” siyahısında birinci sırada yer almayıb. “Exxon” 401,7 milyard dollar ilə 2013-cü ilin II rübündə dünyanın ən qiymətli şirkəti olmuşdu. Lakin 2018-ci ilin II rübündən indiyədək şirkət ilk 10-luqda belə yer ala bilməyib.
II rübdə 1,1 milyard dollar zərər
Koronavirus epidemiyası isə “Exxon Mobil” üçün son zərbə oldu. İqtisadiyyatların bağlanması ilə enerjiyə olan tələbdə duğunluq yaşandı və neft qiymətlərində tarixi ucuzlaşma baş verdi.
Tarixinin ən çətin ilini yaşayan “Exxon Mobil” 31 iyulda açıqlanan ikinci rüb hesabatında 1,1 milyard dollar zərər etdiyini bildirib.
“Standard Oil”in varisi olan 1928-ci ildən etibarən ABŞ-dakı Dow Jones-da satılan “Exxon” səhmləri son 5 ildə 40 % ucuzlaşmadan sonra keçən həftə bu indeksdən kənarda qalmışdı.
“Dünyanın ən qiymətli şirkəti” ünvanını 2012-ci ildə itirdi
2019-cu ilin may ayında “Exxon” 1988-ci ildən bəri ilk dəfə zərər açıqlamışdı. Keçən ilin ilk rübündə 2,4 milyard dollar qazanc əldə edən şirkət, bu il 610 milyon dollar zərər etdi. “Exxon Mobil” balansını və rüblük dividendlərini qorumaq üçün 2020-ci il xərclərini 7 aprel tarixində 30 % və ya 10 milyard dollar azaltmağa qərar vermişdi.
“Exxon Mobil” “dünyanın ən qiymətli şirkəti” ünvanını 2012-ci ilin yanvar ayında “Apple”a verdi.
500 milyard dollardan 178 milyard dollara ...
2007-ci ildə dəyəri 500 milyard dollardan çox olan, hazırda 178 milyard dollara qədər azalan enerji nəhəngi həll yolunu işçi sayını azaltmaqda gördü.
“Exxon”un iyul ayında verdiyi açıqlamada işçilərin ixtisar edilməsi planlarının olmadığı bildirilsə də, bu istiqamətdə addımlar atılmağa başlanıb. Avstraliyada könüllü ixtisar proqramının elanından bir müddət sonra qlobal işçi qüvvəsində də ixtisarlar olacağı elan edilib.
“Daha güclü hala gələ bilmək üçün...”
Şirkət sözçüsü Casey Norton “İşimizi düzgün şəkildə böyütmək və gələcəkdə daha güclü hala gəlmək məqsədilə səmərəliliyi artırmaq üçün ölkələrarası qiymətləndirmələr aparırıq. Könüllü işdən çıxarma proqramımız şirkətə bazarda görünməmiş şərtlərin öhdəsindən gəlməyə kömək edəcək” deyə bildirib.
Exxon ümumilikdə nə qədər kadr çıxarmağı planlaşdırdıqlarını açıqlamayıb.
Exxon Mobil Avstraliyadakı “Bass Strait” Neft və Qaz Birgə Müəssisəsindəki 50 %-ni satma qərarı verib. Analitiklərin fikrincə, şirkət bu satışdan 3 milyard dollar gəlir əldə edəcək. Həmçinin şirkətin Avstraliyadakı ən qədim neft emalı zavodu olan və Melburnda yerləşən “Altona”nı sata biləcəyi qeyd edilib.