2026-cı ildə neftin orta satış qiymətinin 64 dollar, qazın min kub metrinin qiymətinin 269 dollar olacağı proqnozlaşdırılır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həmçinin 2027-ci ildə də neftin orta qiymətinin 65 dollar, qazın min kub metrinin satış qiymətinin 254 dollar olacağı gözlənilir.
"Həmçinin cari əməliyyatlar balansının profisit 2026 və 2027-ci illərdə 2,7 - 3 milyard manat ətrafında olacağı gözlənilir", - deyə o, bildirib.










