Azərbaycanda binaların enerji səmərəliliyinin artırılması üçün böyük potensial var.
Elektrik enerjisi ilə əlaqədar bazar operatoru yaradılacaq
FED.az xəbər verir ki, bu barədə energetika nazirinin Energetika Nazirliyinin Elektrik və istilik enerjisi şöbəsinin müdiri Ələsgər Həsənov deyib.
O qeyd edib ki, enerji istehlakçılarının təqribən 40 faizi binaların payına düşür.
"Bunlar həm yaşayış, həm də qeyri-yaşayış binaları, misal üçün, kommersiya sektoruna aid binalar və istilik sistemləridir. Binaların enerji səmərəliliyinin təmin olunması üçün kritik addımlara layihələndirmə, tikinti və əsasın reallaşdırılması daxildir. Tikintidən sonra binalar enerji səmərəliliyi tələblərinə uyğun istifadə olunur. Dekarbonizasiya enerji istehlakının azaldılması üzrə tədbirləri əhatə edən mühüm addımdır. Azərbaycanda binaların enerji səmərəliliyinin artırılması üçün böyük potensial var, onların bir çoxu hələ sovet dövründə tikilmiş və uzun müddətdir ki, istismar olunur. Bu cür binalar enerji səmərəliliyinin artırılması üçün mühüm potensiala malikdir, lakin bəziləri sökülərək yeniləri ilə əvəz olunur. Hazırda enerji səmərəliliyinin təmin olunması üçün bir çox standartlar işlənib hazırlanır ki, bunlar da yenilənərək müasir tələblərə uyğunlaşdırılır", - o deyib.
Onun sözlərinə görə, bu yaxınlarda enerji resurslarından səmərəli istifadə və enerji səmərəliliyi haqqında yeni qanun qəbul edilib. Qanun binaların sertifikatlaşdırılmasına dair planları özündə əks etdirir.
"Bu planları həyata keçirmək üçün bir sıra, o cümlədən memarlıq komitəsi tərəfindən qanunlar hazırlanır. Bu tədbirlər müvafiq qaydada sertifikatlaşdırılacaq binaların enerji səmərəliliyini artıracaq.
Binaların layihələndirilməsi və tikintisi zamanı və enerji səmərəliliyi üzrə standartları nəzərə almaq, enerji baxımından səmərəli tikinti materialları seçmək vacibdir. Misal üçün, şüşə butulkalardan və digər baxımından səmərəli materiallardan istifadə enerji səmərəliliyini artırmağa kömək edir. Bundan başqa, fərdi evlərin və binaların tikintisi də enerji səmərəliliyinin artırılmasına yönəldilməlidir. Binanın tikinti istiqaməti, küləyin təsiri, günəş işığından və təbii işıqlandırmadan istifadə, material seçimi və binanın dekarbonizasiyası üçün ondan düzgün istifadə mühüm aspektlərdir", - deyə o əlavə edib. (Trend)