"SOCAR AQŞ" İraqda layihələrin həyata keçirilməsi üçün tenderlərdə iştirak edir.
Azərbaycan Avstriya və Almaniyaya - QAZ SATMAĞA BAŞLAYIB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu "SOCAR AQŞ"nin Türkiyə üzrə ölkə meneceri Elvin Nəsibov Bakıda keçirilən "IADC Drilling Caspian & Black Sea 2026" konfrans və sərgisində bildirib.
Onun sözlərinə görə, "SOCAR AQŞ" region ölkələrində, o cümlədən İraqdakı tenderlərdə iştirak edir: "Hazırda regionun özəl operatorlarından biri olan "Crescent Petroleum" ilə İraqda bir kəşfiyyat quyusunun qazılması üçün tender prosesindəyik. Layihənin həcmi "1+4" quyudan ibarətdir. İlk quyu kəşfiyyat quyusu olacaq və hasilat nəticələri müştərinin gözləntilərinə cavab verərsə, daha 4 quyu qazılacaq. Bundan əlavə, "Basra Oil Company" (BOC) ilə əməkdaşlıq çərçivəsində 2000 at gücündə qurğularla qazma işlərinin aparılması üçün tenderdə iştirak edirik. Bu müqavilə qurğuların istismarı ilə həyata keçiriləcək".










