Azərbaycan və Fransanın "Total Energies" şirkəti energetika sahəsində həyata keçirilən birgə layihələri müzakirə edib.
İlham Əliyev “Total Energies”in baş icraçı direktorunu - QƏBUL EDİB - YENİLƏNİB
FED xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Total Energies" şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə şirkətin ölkəmizlə uğurlu tərəfdaşlığı, energetika sahəsində həyata keçirilən birgə layihələr və bərpa olunan enerji istehsalı üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.