Dünya bazarında Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşaraq 89,25 dollara enib – bu 18 avqust tarixində birjada qeydə alınan son qiymətdir.
FED.az xəbər verir ki, son bir gündə neft 14 sent ucuzlaşıb, bir gün əvvəl neftin qiymətii 89,39 dollar idi.
Ümumilikdə son bir həftə ərzində, yəni avqustun 11-dəki yekun qiymətlə müqayisədə Azərbaycan neftinin qiyməti 2,15 dollar azalab. Belə ki, Azeri Light nefti avqustun 11-də başa çatan həftəni 91,40 dollar qiymətlə başa vurmuşdu.