Dünya bazarında Azərbaycan neftinin qiyməti 2023-cü ildə və son 10 ayda ən yüksək həddə qalxıb.
FED.az xəbər verir ki, sentyabrın 1-də London birjasında keçirilən hərracların nəticələrinə görə, Azərbaycanın «Azeri Light» markalı nefti 2 dollardan çox bahalaşaraq 93,50 dollara yüksəlib.
Xatırladaq ki, bir gün əvvəl neft 91,43 dollar olmuşdu.
Bu 2023-cü ildə və son 10 ayda Azərbaycan neftinin ən yüksək qiymətidir.
Belə ki, «Azeri light» neftinin qiyməti sonuncu dəfə 2022-ci ilin noyabrın 18-də 93 dollardan yüksək olub. Həmin il 17 noyabrda isə neft 94,47 dollara satılıb.
Xatırladaq ki, Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsinə edilən dəyişikliyə əsasən neftin qiyməti 50 dollardan 60 dollara qaldırılıb.
Yəni hazırda neftin real bazar qiyməti büdcədəki qiymətdən 33 dollar artıqdır.