Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
FED.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2.04 dollar və ya 1,8% azalaraq 113.48 dollar olub.
Qeyd edək ki, bir gün əvvəl Azərbaycan nefti 115.52 dollar idi.
Xatırladaq ki, Azərbaycanın 2025-ci il üzrə dövlət büdcəsində “Azeri Light” markalı neftin qiyməti 65 dollardan hesablanıb.













