Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.
FED.az xəbər verir ki, London birjasında dünən keçirilən hərracların nəticəsi olaraq "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,23 dollar dollar və ya 0,31% azalaraq 75 dollar olub.
Xatırladaq ki, Azərbaycanın 2025-ci il üzrə dövlət büdcəsində neftin 1 barelinin orta qiyməti 70 dollardan götürülüb.
Hələlik indiyədək qiymətlər 70 dollardan yüksək olub. Bu il Azərbaycan neftinin ən yüksək qiyməti 84,78 dollar (yanvarın 15-də), ən aşağı qiyməti isə 71,40 dollar olub.