Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşmaqda davam edib.
FED.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 1,71 ABŞ dolları və ya 2% artaraq 87,35 ABŞ dolları təşkil edib. Bu son 2 ayda, daha dəqiqi mayın əvvəlindən bəri neftin ən yüksək qiymətidir.
Xatırladaq ki, 2024-cü ilin dövlət büdcəsində edilən dəyişikliyə əsasən, büdcədə neftin qiyməti 60 dollardan 75 dollara qaldırılıb.
Qeyd edək ki, iyunun 18-də "Azeri Light"ın qiyməti 85,64 dollar olmuşdu.