Dünya bazarında neftin kəskin bahalaşması Azərbaycan neftinin qiymətinə də təsirini göstərib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, London birjasında Azərbaycan neftinin qiyməti bir gündə 35 dollar dz qf 32% bahalaşaraq 124 dollara yüksəlib. Xatırladaq ki, bundan əvvəlgə ticarət günü, yəni martın 6-da neftin qiyməti 95 dollara yaxınlaşmışdı.
Azərbaycan neftinin qiymətinin 124 dollara çatması nadir hadisələrdəndir. İndiyədək «Azeri Light» nefti yalnız bir neçə dəfə bu qiymətdlən yuxarı olub.
Sonuncu dəfə bu Rusiyanın Ukraynaya yeni hücum etdiyi bir vaxtda 2022-ci ilin iyun ayında çatmışdı. Həmin dövrdə Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra yaranan enerji böhranı fonunda "Azeri Light" markalı neftin bir barelinin qiyməti bir neçə dəfə 124-130 dollara yüksəlmişdi.
Bundan başqa, düz 14 il əvvəl, 2012-nin martında Azərbaycan nefti üçün ən stabil yüksək qiymət dövrlərindən birində "Azeri Light"ın qiyməti 124-128 dollar səviyyəsinə yüksəlmişdi.
Bu, Azərbaycan neftinin tarixindəki ən yüksək qiymət isə 2008-ci il iyul ayında qeydə alınıb. Həmin vaxt neftin bir bareli 149.66 dollara qədər qalxmışdı.











